Modern.az

Fələstin ABŞ-ı təxribatda suçlayır

Fələstin ABŞ-ı təxribatda suçlayır

23 Fevral 2018, 23:55

“ABŞ-ın İsrail səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi və bunun üçün seçilmiş tarix təxribatdır”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının baş katibi Sahib Ureykatın bəyanatında bildirilir.

 

Bəyanatda bildirilir: “ABŞ-ın İsrailin paytaxtı olaraq Yerusəlimi tanıması və məhz mayın 14-də səfirliyi açmaq qərarı rəsmi Vaşinqtonun beynəlxalq hüququ sarsıtmaq əzmində olduğunu nümayiş etdirir. Bu Fələstin xalqı, eləcə də bütün müsəlman və xristianlara qarşı təxribatdır”.

 

Bundan əvvəl Dövlət Departamenti ABŞ səfirliyinin Yerusəlimdə mayın 14-də açılacağını təsdiqləyib. Onun açılışının İsrailin 70 illiyinə həsr olunacağı vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...