Modern.az

"Boko Haram"  105 məktəblini qaçırıb

"Boko Haram"  105 məktəblini qaçırıb

Dünya

24 Fevral 2018, 01:01

"Boko Haram" radikal qruplaşması silahlılarının hücumundan sonra 105 məktəbli itkin düşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, radikal qruplaşma bu dəfə Nigeriyanın şimal-şərqindəki Yobe ştatının Dapçi kəndini hədəf seçib.

Məktəbli qızların valideynlərinin verdiyi məlumata görə, itmiş qızların siyahısı tərtib edilib: "Siyahıda 105 nəfərin adı var”.

Məktəblilərin valideynlərinin qrup rəhbəri Bəşir Manzo bildirib ki,  hakimiyyət orqanları əvvəlcə "Boko Haram" döyüşçüləri tərəfindən məktəbli qızların oğurluğu faktını inkar edib: "Bununla əlaqədar olaraq biz onların azad olunması üçün birlikdə hərəkət etməyə qərar verdik".

Nigeriya hakimiyyəti itmiş qızların sayı haqqında rəsmi məlumatı hələ elan etməyib. Məktəb fevralın 19-da hücuma məruz qalıb. İtmiş məktəblilərin yeri indiyədək naməlumdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır