“Əsəd rejimi günahsız uşaqları, sivil vətəndaşları öldürür. Rusiya və İran isə bunların baş verməsinə icazə verir”.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Task çıxışı zamanı deyib.Onun sözlərinə görə, Bəşər Əsəd rejimi mühasirədə saxladığı Şərqi Quta bölgəsinə hücumlar edərkən günahsız insanları öldürür.
Task bildirib ki, bölgədə dərhal atəşkəs elan olunmalı vətezliklə humanitar yardımların çatdırılması vacibdir.
Qeyd edək ki, bu gün Əsəd rejiminin bölgəyə etdiyi hava hücumlarında 15 sivil vətəndaş həlak olub. Bununla da4 gün ərzində ümumi ölənlərin sayı 334 nəfərə çatıb.