Modern.az

"Taliban" 25 hərbçini öldürdü

"Taliban" 25 hərbçini öldürdü

Dünya

24 Fevral 2018, 11:00

Əfqanıstanın cənub-qərbində Fərəh vilayətində "Taliban" radikal hərəkatının silahlıları hərbi bazaya hücum ediblər.

Modern.az-ın məlumatına görə, hücum nəticəsində azı 25 Əfqanıstan hərbçisinin həlak olduğu bilirilib.

 

Qeyd edək ki, bundan öncə Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verməsi barədə ölkə DİN-i məlumat yayıb. Həmin partlayışda 1 nəfərin ölməsi, daha 6 nəfərin yaralanması barədə xəbər verilib.

Daha sonra isə Gilmənd vilayətində güclü partlayış baş verib. Həmin partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır