Modern.az

Türkiyə ordusu Afrinin bir addımlığında – Mühasirə həlqəsi daralır

Türkiyə ordusu Afrinin bir addımlığında – Mühasirə həlqəsi daralır

Dünya

24 Fevral 2018, 11:22

Türkiyə ordusu Afrin və ətrafındakı 4 yaşayış məskənini mühasirəyə alacaq.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbərverir ki, Rəsmi Ankara Afrin əməliyyatında ikinci mərhələyə başlamağa qərar verib. Cümə axşamından etibarən Afrin mühasirəyə alınacaq. İlk olaraq əməliyyatın ən kritik nöqtəsi Tel Rifat xəttinin nəzarət altına alınması nəzərdə tutulub.

 

Məlumatda qeyd olunur ki, Türk Silahlı Qüvvələri  və Azad Suriya Ordusu  tərəfindən həyata keçirilən “Zeytun Budağı”  əməliyyatının ilk mərhələsində  415 kilometrlik  sahə terroristlər tərəfindən təmizlənib, Afrinin 25 faiz ərazisi nəzarət altına alınıb. 

İkinci mərhələyə keçmək üçün hazırlıqlar davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır