Modern.az

Özbəkistanın sabiq baş prokuroru həbs olundu

Özbəkistanın sabiq baş prokuroru həbs olundu

24 Fevral 2018, 15:05

Özbəkistanın eks baş prokuroru Rəşid Kadırov  rüşvətxorluq, qəsb etmə və vəzifədən səlahiyyətlərini aşma maddələri ilə həbs olunub. Modern.az xəbər verir ki bu barədə Özbəkistanın Baş Prokurorluğu xəbər yayıb.

 

Kadırov 23 fevralda Özbəkistan cinayət prosessual məcəlləsinin 221 maddəsi ilə saxlanılıb.

“Özbəkistan Baş Prokurorluğu eks baş prokuror Rəşid Kadırova Cinayıt məcəlləsinin 165, 205, 210-cu maddələri ilə iş qaldırıb.” - xəbərdə deyilir.

Yuxarıda qeyd olunan maddələr vəzifə səlahiyyətlərini aşma, rüşvərxorluq və qəsbkarlıq cinayətlərini nəzərdə tutur və 15 ilədək həbslə cəzalandırıla bilər.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir