Modern.az

Azərbaycana piyada gələn iranlıda tiryək aşkarlandı

Azərbaycana piyada gələn iranlıda tiryək aşkarlandı

24 Fevral 2018, 15:43

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, yoxlama zamanı üzərində "Rexona" yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədədselofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...