Modern.az

“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”

“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”

Aktual

24 Fevral 2018, 16:05

“Xocalı soyqırımı ilə əlaqədar həqiqətlərin  dünya ictimaiyyətinə çatdırılması istiqamətində hər bir vətəndaşın üzərinə vəzifələr düşür”.

Modern.az-ın məlumatına görə, bunu  Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Şahin İsmayılov deyib.

 

Deputat bildirib ki, bununla əlaqədar ölkə gəncləri də müvafiq addımlar atır, layihələr həyata keçirir.

Onun sözlərinə görə, Azərbaycan Tələbə Gənclər Təşkilatı müəyyən tədbirlər reallaşdırır.

“Ermənistanın bir sıra orta məktəb dərsliklərində tarix və ərazilər saxtalaşdırılıb. Biz bu faktları araşdırmaqda davam edirik. Bütün məlumatlar toplandıqdan sonra xarici dillərə tərcümə olunaraq yayılacaq. Bununla da, çalışırıq ki, erməni saxtakarlığını və işğal siyasətini dünya ictimaiyyətinə çatdıraq”

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu