Modern.az

MSK 51 müşahidəçini qeydiyyata alıb

MSK 51 müşahidəçini qeydiyyata alıb

24 Fevral 2018, 16:45

Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 51 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.

 

Bu barədə Mərkəzi Seçki Komissiyasından Modern.az-a məlumat verilib

Bildirilib ki, müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət edib.

 

“15-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb. Bütün müraciətlərə müsbət cavab verilib”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi