Modern.az

Prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər - SİYAHI

Prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər - SİYAHI

Ölkə

24 Fevral 2018, 17:10

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən daha 2 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

 

Modern.az-ın məlumatına görə, bununla prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.

 

Növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər hələ ki bunlardır:


Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;


Milli Məclisin deputatı Qüdrət Həsənquliyev
 - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;


Milli Məclisin deputatı Zahid Oruc
 - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;


Milli Məclisin deputatı Fərəc Quliyev
 - prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;


Milli Məclisin deputatı Araz Əlizadə
 - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;


Asif Məmmədov
 - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;


Razi Nurullayev
 - prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;


Elşən Həsənov
 - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;


Hafiz Hacıyev
 - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

 

Fuad Əliyev - prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;


Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;


Anar Umudov
 - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;


Ramazan Bəkirov
 - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

 

Əli Əliyev - prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülüb;

 

Sərdar Məmmədov - prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır