Modern.az

Bakıda mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildən kişi meyiti tapılıb

Aktual

24 Fevral 2018, 17:22

Nəsimi rayonunda mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1966-cı il təvəllüdlü Sultanov Elman İsayeviçin meyitini aşkarlayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır