Modern.az

Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi

Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi

24 Fevral 2018, 17:31

Trampın keçmiş məsləhətçisi ABŞ dövlətinə qarşı işbirliyində günahını boynuna aldı.

 

Seçkilərdə müdaxilə işi ilə bağlı yeni nüansları üzə çıxıb. ABŞ prezidentinin sabiq məsləhətçisi və Tramp administrasiyasının başçısı Pol Manafortun iş ortağı olan Rik Qeyts seçkilərdə ruslarla işbirliyini və yalan ifadəni boynuna alıb. Modern.az xəbər verir ki bu barədə “Associated Press”  məlumat yayıb.

Məhkəmə sənədlərindən bəlli olur ki Qeyts seçkilərdə digər dövlətin maraqlarını təmin etməklə ABŞ dövlətinə qarşı işbirliyində və dinləmələr zamanı yalan ifadə verməkdə günahını boynuna alıb.

 

Bütün bunlar ABŞ baş prokurorunun Qeyts və Manaforta çirkli pulların yuyulması ilə bağlı qaldırdığı ittihamlar sonra bəlli olub.

Qeyd edək ki, eyni zamanda “Reuters” agentliyi  Manafortun ittihamları rədd etdiyini bildirib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi