Modern.az

Doktorant və tələbələrin təqaüdü artırıldı

Doktorant və tələbələrin təqaüdü artırıldı

Təhsil

24 Fevral 2018, 20:01

Prezident İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.


Modern.az xəbər verir ki, doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün Azərbaycan Respublikası prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamı ilə müəyyən edilmiş təqaüdlərin aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.

 

***

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır