Modern.az

“İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür” – Roman Qriqorçuk

“İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür” – Roman Qriqorçuk

24 Fevral 2018, 20:59

"Uduzduğumuza görə təəssüflənirəm. Bu məğlubiyyəti gözləmirdim. Qapımızda gözlənilməz qol gördük. Bu da uduzmağımıza səbəb oldu". Modern.az  "Report"-a istinadən  xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

 

- Məğlubiyyətdə komandanın rəqibi dəyərləndirməməsi nə dərəcədə rol oynadı?

 

- Bu gün pis oynamadıq. Sadəcə, əldə etdiyimiz qol fürsətlərindən yararlana bilmədik. Hətta deyərdim ki, bu oyunda qalib gəldiyimiz bəzi oyunlardan daha çox qol fürsəti əldə etdik. Deməzdim ki, rəqibi düzgün dəyərləndirmədik. Buna görə futbolçularımı günahlandıra bilmərəm.

 

- Bəs Cavid Hüseynov və Qismət Alıyevin yoxluğu necə?

 

- Bunu demək olmaz. Bilmək olmaz ki, onlar olsaydı, nəticə necə olardı. Bunu ancaq həmin oyunçular çıxış etsəydilər, bilmək mümkün olardı. Həm də kimsə oynamırsa, bu, o demək deyil ki, komanda uduzmalıdır.

Adətən hücumda Monroz - Dabo - Kone triosuna şans verirsiniz. Bu dəfə isə fərqli hücum xətti gördük...

Deməzdim ki, həmişə belə oynamışıq. Bundan əvvəlki iki oyunda da Konesiz çıxış etmiş, lakin qalib gəlmişdik.

 

- Sabah "Qarabağ” qalib gəlsə, xal fərqi 9-a çatacaq. Qarşıdakı 11 turda bu fərqi aradan qaldırmaq nə dərəcədə mümkün olacaq?

 

- İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür. Xal fərqinin heç bir əhəmiyyəti yoxdur. "Qarabağ” çox güclü komandadır. Ancaq biz də təslim olmayacağıq. Sona kimi mübarizə aparacağıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...