Modern.az

Fərqli rəngli gözlərə sahib 6 yaşlı qız - Video

Fərqli rəngli gözlərə sahib 6 yaşlı qız - Video

Aktual

24 Fevral 2018, 22:31

Tovuzda 6 yaşlı qızın gözlərinin biri göy, digəri isə qara rəngdədir. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Zəhra Əliyeva adlı qızın gözlərinin rəngi doğuşdan belə olub. Onun gözlərinin rəngləri fərqli olsa da, uşağın görməsində indiyə qədər heç bir problem olmayıb. Buna baxmayaraq, həkim Zəhranın valideynlərinə uşağın 13 yaşından sonra təkrar müayinə olunmasını məsləhət görüb.

 

Zəhranın şəxsiyyət vəsiqəsində də onun gözlərinin rənginin göy və qara yazıldığını qeyd edən anası onu da bildirib ki, indiyə qədər nəsillərində belə hala rast gəlinməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır