Modern.az

“Zeytun budağı” ilə 2018 terrorçu məhv edilib

“Zeytun budağı” ilə 2018 terrorçu məhv edilib

25 Fevral 2018, 11:15

Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatı başlayandan indiyə qədər 2018 terrorçunu zərərsizləşdirib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Suriyanın Afrin şəhərinin şimal-qərbindəki Şeyx Məhəmməd, Dudu, Semalik, Velikli, Kavanda kəndləri terrorçulardan təmizlənib. Qeyd edilib ki, əməliyyat boyunca türk əsgərləri terroçuları raketlərlə vurub, onların Türkiyə sərhəddi ilə təması kəsilib və Türkiyə Silahlı Qüvvələri Afrində mülki əhaliyə yardım edib. Xatırladaq ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər