Modern.az

Məşhur aktrisa qəfil vəfat etdi

Məşhur aktrisa qəfil vəfat etdi

25 Fevral 2018, 11:44

Məşhur hind aktrisası Şridevi Kapur dünyasını dəyişib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. 54 yaşlı aktrisanın ölüm səbəbi infarktdır. Şridevi Dubayda bir ailə nikahına qatılan zaman vəfat edib.

Qeyd edək ki, aktrisanın əsl adı Şri Amma Yanqerdir. O, 13 avqust 1963-cü ildə Tamillandda anadan olub. 4 yaşından filmə çəkilir. İlk filminin adı "Tamil" idi. 1988-ci ildə çəkildiyi “Dələduz” filmində əkiz bacılar roluna görə "Ən yaxşı aktrisa" adına layiq görülüb. Həmin ildə “Çandni” filmində də çəkilib.
Məşhur aktrisa Bonni Kapur ilə ailəli idi və iki qızı var idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir