Modern.az

Qış Olimpiadasının bağlanış mərasimində QALMAQAL: Generala etiraz etdilər

Qış Olimpiadasının bağlanış mərasimində QALMAQAL: Generala etiraz etdilər

25 Fevral 2018, 13:49

Cənubi Koreyanın yerli əhalisi Şimali Koreya generalına etiraz edib.  

 

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya generalı Kim Yonq Çolun rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunlarının bağlanış mərasiminə gəlib. Adı çəkilən general 2010-cu ildə 46 nəfərin ölümünə səbəb olan gəminin batırılması əməliyyatını təşkil etməkdə ittiham edilir.

 

Məhz bu səbəbdən qurbanların ailələri və Cənubi Koreyanın mühafizəkar millət vəkilləri sərhəddə generalın səfərinə mane törətməyə çalışıb.

 

Xatırladaq ki, Cənubi Koreyanın Pxençan şəhərində fevralın 14-də start götürən Qış Olimpiya Oyunları başa çatmaq üzrədir.

 

Bu gün dörd final qarşılaşması ilə Oyunlara yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı