Modern.az

Aktauda uşaqlar Xocalıya ədalət istədilər - FOTOLAR

Aktauda uşaqlar Xocalıya ədalət istədilər - FOTOLAR

Aktual

25 Fevral 2018, 15:27

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu Qazaxıstan Xalqları Milli Assambleriyasının Qərbi Qazaxıstan vilayəti təşkilatı ilə birgə Uralsk şəhərinin Dostluq sarayında, Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya Ədalət” kompaniyası çərçivəsində “Uşaqlar müharibəyə qarşı” rəsm musabiqəsinin qalibləri mükafatlandırılıbb. 

 

Qonaqlar, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçıvəsində Uralsk şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Uşaqlar müharibəyə qarşı” mövzusunda keçirilmiş müsabiqədə iştirak etmiş rəsmlərin sərgisinə baxıblar.

 

Tədbirdə çıxış edən Qazaxıstan Xalqları Milli Assambleriyasının Qərbi Qazaxıstan vilayəti təşkilatının sədr müavini Kapakov Qaysa Xamidullayeviç  Baş konsulluq tərəfindən keçirilən müsabiqəni yüksək qiymətləndirərək, təşkil olunan tədbirin müharibəyə, terror aktlarına qarşı, günahsız insanların həlak olmasına qarşı uşaq və yeniyetmələrdə dünya görüşlərinin formalaşmasında əhəmiyyətindən danışıb.

 

Daha sonra Baş konsulluğunun rəhbəri Elxan Zeynalov Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində son illərdə Azərbaycanın xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən danışıb.

 

O, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat verərək, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçıvəsində Uralsk şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Uşaqlar müharibəyə qarşı” mövzusunda keçirilmiş müsabiqə fəal iştirak etmiş rəssamlıq məktəblərinə və yeniyetmə və gənc rəssamlara minnətdarlığını bildirib.

 

Tədbirdə həmçinin, Qərbi Qazaxıstan vilayətində yaşayan azərbaycanlıların “Birlik” milli mədəni cəmiyyətinin sədri Nəcəf Məmmədov, “Edil Jayık” Qazax milli mədəni cəmiyyətinin sədri Zeynulin Amanjol Zeynullayeviç və digərləri həlak olmuş insanlar üçün üzüldüklərini bildirmiş və “Uşaqlar müharibəyə qarşı” mövzusunda rəsm müsabiqəsinin keçirilməsinin gənc nəslin daha ədalətli ruhda böyüməsinə, terrora, müharibəyə qarşı, günahsız insanların ölümünə qarşı tərbiyələndirilməsinə dəstək verəcəyini bildiriblər.

 

Çıxışlardan sonra D.Nurpeisova adına Uralski şəhəri Uşaq İncəsənət məktəbinin şagürdləri müharibəyə qarşı şeyrlər oxudular, musiqi kompozisiyaları səsləndiriblər. 

 

Tədbirin sonunda 10-22 fevral 2018-ci il tarixlərində “Uşaqlar müharibəyə qarşı” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub.

 

Rəsm müsabiqəsində Qərbi Qazaxıstan vilayətində fəaliyyət göstərən on iki rəsm və incəsənət məktəbindən 130-dan artıq şagird iştirak etdib. Müsabiqənin münsiflər heyəti tərəfindən rəsmlər qiymətləndirilmiş və müsabiqənin yekununa görə, 7-10, 11-14 və 15-17 yaşlılar arasında I, II və III yerlərə və müsabiqənin qran-pri mükafatlarına layiq görülənlər müəyyənləşdirilib.

 

Bundan əlavə, Baş konsulluğun fəxri fərmanları ilə təltif olunacaq 25 nəfər yeniyetmə rəssam müəyyənləşdirilib.Təltifetmə mərasimində qaliblərə Baş konsulluğun fəxri fərmanları və Azərbaycan haqqında kitablar təqdim olunub.

 

Sonda tədbir iştirakçıları tərəfindən Uralsk şəkər Dostluk sarayının önündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Biz ədalət tələb edirik” şüarları səsləndirərək səmaya qara şarlar buraxıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür