Modern.az

“Belə uduzmaq ağırdır” – Yunis Hüseynov

“Belə uduzmaq ağırdır” – Yunis Hüseynov

25 Fevral 2018, 21:34

"Qarabağ"ı təbrik edirəm. Bu gün əks-hücumlara daha çox üstünlük verirdik". Modern.az  "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Qarabağ”a uduzan (0:1) "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov oyunsonrası mətbuat konfransında deyib.

 

O, qeyd edib ki, "Qarabağ" topla yaxşı oynayan komandadır: "Əks-hücumlarda bir neçə fürsət əldə etsək də, dəyərləndirə bilmədik. Rəqib 86-cı dəqiqədə fərqləndi. Kaş 20-ci dəqiqədə qol buraxıb uduzardıq. Belə uduzmaq ağırdır. Yaxşı oyun sərgiləməsək də, uşaqlar bu gün döyüşdülər. Qol epizoduna təkrar baxmalıyam.

 

O, qeyd edib ki, "Keşlə” ilə oyunda "Kəpəz"in qapısına qol ofsayddan vurulub: "Məncə, bugünkü oyunda da buraxdığımız qolda ofsayd var idi. Bununla özümüzü sığortalamıram".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir