Modern.az

“Tolerantlıq Azərbaycan xalqının ən böyük mənəvi sərvətidir” - Nazir

“Tolerantlıq Azərbaycan xalqının ən böyük mənəvi sərvətidir” - Nazir

25 Fevral 2018, 21:49

Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin  prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya şəraitində birgə yaşadığı bir məkan olduğunu bildirərək multikulturalizm və tolerantlığın Azərbaycan xalqının ən böyük mənəvi sərvəti olduğunu vurğulayıb. Son illər Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə həsr edilmiş çoxsaylı qlobal tədbirlərə ev sahibliyi etdiyini söyləyən nazir bu xüsusda ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib.

 

Tərəflər bu kimi  tədbirlərə ev sahibliyi edilməsini ölkəmizin dinlərarası və sivilzasiyalararası dialoqa verdiyi töfhənin təzahürü kimi qiymətləndiriblər.

 

Görüşdə Azərbaycanın İsrail ilə, eləcə də Amerika Yəhudi Konqresi və digər yəhudi təşkilatları ilə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq vurğulanıb.  Ölkəmizdə yəhudi icmasına göstərilən dəstək və qayğıya görə öz təşəkkürünü bildirən qonaqlar ölkəmizdəki tolerantlıq mühitini yüksək qiymətləndiriblər.

 

Görüşdə həmçinin, əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir