Modern.az

10 yaşlı qız 4 dildə cümləni anında tərsinə deyir - Video

10 yaşlı qız 4 dildə cümləni anında tərsinə deyir - Video

25 Fevral 2018, 22:08

10 yaşlı Aysu Hacıyeva qeyri- adi bacarığı ilə həmyaşıdlarından fərqlənir. O, 4 dildə istənilən mürəkkəb cümləni tərsinə səsləndirir. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, ona cümlələri deyirsən dərhal tərsinə oxuyur.

Şirvanda yaşayan və əslən Zəngilan rayonundan olan Aysu Hacıyeva 4-cü sinif şagirdidir.Onun bu qeyri-adi bacarığı bir çoxlarının təəccübünə səbəb olub.

Valideynləri deyir ki, uşagın istetadını yeni kəşf ediblər. Bir neçə gün əvvəl uşaq məktəbdən qayıdanda özündən asılı olmayaraq cümlələri tərsinə deyib.

İstedadlı uşaq təkcə azərbaycan dilində yox başqa dillərdə bacarıgını göstərir.10 yaşlı Aysu Azərbaycan dili ilə yanaşı rus, türk, və ingilis dilində səsləndirilən cümlələri əksinə çevirə bilir.

İndi valideynləri onun bacarığını başqa dillərdə də yoxlamaq istəyirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi