Modern.az

Bölgələrdə bayram yarmarkaları təşkil olunub - Video

Bölgələrdə bayram yarmarkaları təşkil olunub - Video

25 Fevral 2018, 22:41

Bir çox böləgələrdə təşkil olunan yarmarkaların qurulmasında məqsəd süni qiymət artımının qarşısını almaqdır. Bərdədə təşkil olunan yarmarkada, ümumilikdə, 15 ton kartof, 2 ton meyvə, 2 tona yaxın ət və digər zəruri mallar satışa çıxarılıb.  Modern.az  “Xəzər xəbər”ə istinadən xəbər verir ki, yarmarkada bütün növ məhsullar bazar qiymətlərindən 20-30 % aşağı qiymətə satılıb.

 

Cəlilabadda da Novruz bayramı öncəsi kənd təsərrüfatı yarmarkalarının təşkilinə başlanıb.Yarmarkada 60 adda təsərrüfat məhsulları alıcılara təklif olunub.

 

Bazarlarda bir kisəsi 6-7 manata satılan kartof yarmarkada 5 manat 50 qəpiyə, kənd yumurtası 17-18 qəpiyə, mal əti isə 8 manata təklif olunub.Qiymətlərin münasib olması alıcıları da razı salıb.

 

Novruz bayramının gəlişi münasibətilə Ağsu rayonunda da kənd təsərrüfatı məhsullarının satış yarmarkasına start verilib. Əhali isə satışa çıxarılan məhsulların keyfiyyətli və ucuz olmasını razılıq edirlər.

 

Yarmarkaya gün ərzində satış yarmarkaya 8 ton 600 kiloqram mal və qoyun əti, 500 kiloqram balıq, 2 min 500 ədəd yumurta, 3 ton meyvə, tərəvəz, pomidor, xiyar, 1 ton qoz və fındıq olmaqla 20 adda kənd təsərrüfatı məhsulları çıxarılıb. Burada da satılan məhsullar bazar qiymətindən 25-30 faiz aşağı qiymətə olub.

 

Yarmarkaların aprel ayına qədər hər həftənin şənbə və bazar günlərində təşkil olunması nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir