Modern.az

Yaponiyada 5,7 ballıq  zəlzələ oldu

Yaponiyada 5,7 ballıq  zəlzələ oldu

26 Fevral 2018, 00:12

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub. Modern.az xəbər verir ki, yeraltı təkanlar ölkənin şərq istiqamətində qeydə alınıb. Ölkənin seysmoloji xidmətinin məlumatına görə, yerli vaxtla bazar ertəsi günü 01:28-də qeydə alınan yeraltı təkanlar Minamisoma şəhərindən 73 kilometr şərqdə baş verib.

 

Təbii fəlakətin ocağı 40 kilometr dərinlikdə yerləşib. Sumani təhlükəsi elan olunmayıb, dağıntı və təlafat barədə məlumat daxil olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı