Modern.az

Milli Qəhrəmanların seçkilərlə bağlı MÖVQEYİ - Yeni bəyanat verəcəklər...  

Milli Qəhrəmanların seçkilərlə bağlı MÖVQEYİ - Yeni bəyanat verəcəklər...   

26 Fevral 2018, 14:59

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıqlar davam edir. Artıq prezidentliyə namizədləyini irəli sürənlərin sayı 15-ə çatıb.

Namizədliyi irəli sürülənlər hazırda imzatoplama kampaniyası həyata keçirirlər.

Ölkə əhalinin böyük qismi növbədənkənar seçki qərarını müsbət dəyərləndirir. O cümlədən də Milli Qəhrəmanlar.

Modern.az saytı bir neçə Milli Qəhrəmanla əlaqə saxlayaraq, onların seçkilərlə bağlı mövqelərini öyrənib.


Milli Qəhrəman Maşallah Abdullayev
prezident seçkilərindən danışarkən Qarabağ problemini önə çəkib:

“Aprelin 11-də keçiriləcək seçkilərin keçrilməsinin tərəfdarıyam. Yaşadığım  Goranboy rayonunun 110 min əhalisi var. Əminəm ki, bütün goranboylular İlham Əliyevə səs verəcəklər. Goranboyda müxalifət yoxdur. Biz İlham Əliyevdən başqa alternativ görmürük. Bizim Qarabağ kimi böyük problemimiz var. Onu da İlham Əliyev yoluna qoya bilər. Milli Qəhrəman kimi deyə bilərəm ki, qanı qanla yumağa hazırıq. Biz o hadisələrin içində olmuş adamlarıq. Biz də yeri gələndə əsir götürmüşük, üzərimizdə erməninin qanı var, amma bizim əlimiz kiminsə qanına bulaşmayıb. Onların qız-gəlinləri də vaxtilə bizim girovumuz olub, amma ermənilərin bizə etdiklərini biz etməmişik. Ona görə də Qarabağ boyda problemi olan ölkənin müxalifəti əks qütbdə dayanmamalıdır. Şükürlər olsun ki, bu məsələnin həll olunmasına doğru iş gedir”.

Milli Qəhrəman Məhəmməd Həsənov Milli Qəhrəmanların bir araya gəlməsindən danışıb.

“Xalqımız 11 apreldə baş tutacaq seçkiləri çox yüksək dəyərləndirir. Bu günlərdə Milli qəhrəmanlar bir araya toplaşdı. Hamımız bir yerdə bəyanat verdik. Həmişə bir yerdə olmuşuq. Bundan sonra da olacağıq. Hətta, martda yenə bir araya gəlib növbəti bəyanat verəcəyik. Tək əldən səs çıxmaz. Ona görə də bizim bir araya gəlməyimiz yaxşı təşəbbüsdür. Seçki öncəsi də bir yerdə olmağımız çox yaxşı haldır”.

Milli Qəhrəman Vahid Quliyevin seçkilərdən sonra gözləntiləri böyükdür.


“11 apreldə keçiriləcək seçkilərdən Milli Qəhrəman olaraq gözləntilərimiz böyükdür. Ona görə ki, bizim ən böyük problemimiz Qarabağdır. Qarabağı biz təkbaşına da azad edə bilərik. Sadəcə, Ermənistanın arxasında Rusiya dayanıb. İşğalçı dövlətə yardımlar edir.
Seçkilərin apreldə keçirilməsi daha məqsədəuyğundur. Milli Qəhrəman olaraq seçkilərdən sonra gözləntilərimiz böyükdür. Ümid edirik ki, hər şey xalqımızın və dövlətimizin xeyrinə olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?