Modern.az

Sevinc Tofiqqızının yaratdığı XOCALI ABİDƏSİ - FOTOLAR

Sevinc Tofiqqızının yaratdığı XOCALI ABİDƏSİ - FOTOLAR

27 Fevral 2018, 00:36

Qafqaz Baku Sport Hoteldə “E MEDIA GROUP”un təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

 

Kövrək notlara və qisas hissinə çağıran tədbirdə xalq artisti Ramiz Novruzov, xalq artisti Flora Kərimova, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyev, bəstəkar Sevinc Tofiqqızı, Qarabağ müharibəsi qaziləri, həmçinin, “E MEDIA GROUP”un rəhbəri Elşən Əliyev və digərləri çıxış edərək əsrin ən qanlı faciəsi, Xocalı sayqırımı haqqında ətraflı söhbət açıblar.   

 

Daha sonra “Xocalı fəryadı” adlı film nümayiş etdirilib. Film kiçik ekran əsəri olsa da, böyük faciənin ekran təcəssümünü yarada bilib. Sevinc Tofiqqızının bəstəsi və onun ANA rolu əsl vətənpərvərlik nümunəsi kimi tədbir iştirakçılarını təsirləndirib. Onun bu obrazı çox təsirli və təbii yaratması Xocalı faciəsinin qurbanlarına ucaldılmış bir səhnə abidəsi kimi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

 

Tədbirdə daha bir maraqlı məqam Flora Kərimovanın Qarabağ qaziləri ilə bir sırada əyləşmək təklifindən imtina etməsi olub. Xalq artisti “Mənim onlarla bir sırada əyləşməyə mənəvi haqqım yoxdur - mən hələ onlar qədər Azərbaycana xidmət etməmişəm”, - deməsi ilə bu “imtina”nın səbəbini söyləyib.

 

Xocalı soyqırımına həsr olunmuş tədbir acılarımızı əks etdirməklə yanaşı, Vətənə sevgi, qisas hissi, torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün çağırış şüarları ilə yekunlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir