19 avqust 2018, Bazar
Ana Səhifə - REPORTAJ - Ömürlük məhkumun qızı: “İllərdir atama qovuşacağım anı düşünərək yaşayıram” - Məşhur sənətkarın ailəsi ilə MÜSAHİBƏ  
Ömürlük məhkumun qızı: “İllərdir atama qovuşacağım anı düşünərək yaşayıram” - Məşhur sənətkarın ailəsi ilə MÜSAHİBƏ  
27.02.2018, 08:40

Modern.az saytı ömürlük məhkumlar haqda silsilə yazılarına davam edir.Onlar kimdir, nəçidirlər, niyə ömürlük məhkumluq həyatına məruz qalıblar? Bu haqda onların ailə üzvlərinin söhbətindən məlumat alacaqsınız.

Bu mövzuya görə oxucu qınağına tuş gələ bilərik, kimsə “ömürlük məhkumu niyə təbliğ edirsiniz, o qatildir…” deyə irad tuta da bilər. Amma gəlin bəribaşdan hökm çıxarmayaq. Axı kim ömürlük barmaqlıqlar arasına düşməyə razı olar...

Azadlıqdan məhrum edilən şəxslərin keçirdiyi hissləri başa düşmək digər insanlar üçün elə də asan deyil. Hələ bu cəza ömürlükdürsə, vəziyyəti daha da ağırlaşdırır.

“Ömürlüklər” layihəsinin budədəfəki qonaqları ömürlük məhbus Səbuhi Məmmədvəliyevin həyat yoldaşı Nailə Vəliyeva və qızı Fərəh Məmmədvəliyevadır.

Səbuhi Məmmədvəliyev ayrı-ayrı vaxtlar olmaqla 4 dəfə eyni cinayət səbəbindən həbs olunub. O, Namiq adında dostunu öldürməkdə təqsirləndirilib. Hadisə 1990-cı ildə baş verib. Səbuhi Məmmədvəliyev dostu Namiq və əslən İrandan olan bir tanışı ilə həmin gün yeyib-içiblər. Sonra Namiqlə iranlı şəxs arasında mübahisə baş verib. Səbuhi mübahisənin ardından onların yanından ayrılıb. Geri qayıdanda iranlı dostunun Namiqi öldürdüyünü görüb və ona mərhumu dəfn etməkdə kömək edib. Lakin hadisədən sonra iranlı dostunu tapa bilməyiblər. Qətl hadisəsi Səbuhi Məmmədvəliyevin üstündə qalıb. Ayrı-ayrı vaxtlarda 4 dəfə istintaq prosesi həyata keçirilib. 2000-ci il yanvarın 4-də ona ömürlük həbs cəzası verilib.

Yeri gəlmişkən, Səbuhi Məmmədvəliyev ağac üzərində oyma sənətinin Azərbaycanda ən tanınmış ustadı, məşhur xəttat Seyfəddin Məmmədvəliyevin oğludur.

Seyfəddin və Firəngiz Məmmədvəliyevlərin ürəyində bir yara –övlad yarası qubar bağlayıb. Bir qızlarını gənc yaşlarında itiriblər, bir oğlanları uzun illərdir itkin düşüb, digər oğlanları isə ömürlük həbsə məhkum olunub. Seyfəddin müəllimin yalnız bir arzusu var – ömürlük həbs olunan oğlu Səbuhi Məmmədvəliyevi 17 yaşlı qızına qovuşdurmaq. 


Seyfəddin və Firəngiz Məmmədvəliyevlərin beş övladı duğulub - 3 oğlan, 2 qız. Qızlardan birini institutun birinci kursunda oxuyarkən itiriblər. Böyük oğlanları Fəxrəddin 1993-cü ildən bəri itkin düşüb. Ən kiçik oğulları Səbuhi isə 1970-ci il təvəllüdlüdür. O, 18 ildir dəmir barmqalıq arxasında ömürlük məhkum həyatı yaşayır. 


Səbuhi Məmmədvəliyevin ailəsi dəfələrlə əfv ərizəsi ilə müvafiq orqanlara müraciət edib. Ailə Səbuhinin günahkar olduğunu dönə-dönə vurğulayıb, ancaq verilən hökmün cinayətə müvafiq olmadığını bildirib.

Modern.az saytı Səbuhi Məmmədvəliyevin həyat yoldaşı Nailə Vəliyeva və qızı Fərəh Məmmədvəliyeva ilə söhbəti təqdim edir:


- Nailə xanım, həyat yoldaşınızla ailə həyatı qurduqdan sonra o həbs olundu...


-
Biz heç ağlımıza belə gətirə bilməzdik ki, Səbuhi ömürlük həbs oluna bilər. Mən o vaxt yoldaşımla bir il yarım idi ki, ailə qurmuşdum. Belə düşünürdük ki, cinayət işi bir də açılmaz, açılsa da yenə müəyyən müddətə olar. Həmin gün onu elə iş yerindən aparmışdılar.

- Deyəsən məhkəmədə də iştirak edə bilməmisiniz...

- O vaxt hamilə olduğum üçün mənə icazə verməmişdilər. Ürəyim orada qalmışdı. Ancaq dediyim kimi, heç təsəvvür belə edə bilməzdim ki, cəza ömürlük verilər. Eşidəndə şok keçirdim. İnana da bilmirdim. Ondan sonra ürəyimdə ağrılar yarandı. Əsəblərim pozuldu. Övladımın atasız böyüyəcəyini düşünmək belə istəmirdim. Ancaq tale belə gətirdi ki,qızımı təkbaşına böyütməli oldum.

- Yəqin ki, bu, sizin üşün çox çətin olub.

- Əlbəttə. Düzdür, oğlan uşağını da tək böyütmək çətindir. Amma qız uşağı ilə lap çətindir. Qızım doğulandan bəri ata qayğısı görməyib. Hər dəfə kimisə atası ilə görəndə çox pis olur. Ona görətanışlarımız onun yanında övladlarını əzizləmirlər ki, pis təsir etməsin. Özü də kövrək qızdır. Tez təsirlənir.

- Səbuhiyə ömürlük həbs cəzası verildikdən sonra qohumlarınızın sizin ailəyə münasibəti dəyişmədi ki? Bildiyimizə görə, savadlı ailə kimi tanınırsınız...

- Xeyr, niyə də dəyişməliydi... Əvvəl necə idisə, indi də elədir. Qaynatam- eyni zamanda əmim Seyfəddin müəllim Əlyazmalar İnstitutunda işləyir. Yəqin ki, ağac üzərində nadir oymaların müəllifi, tanınmış nəqqaş Seyfəddin Məmmədvəliyevin adını eşitmisiniz. Dəfələrlə televiziyada öz əl işləri ilə bağlı çıxışlar edib.
Böyük oğlu – qaynım Fəxrəddin Məmmədvəliyev isə 4 yaşından rəsm əsərləri çəkirdi. Bir neçə kitabda onun haqqında məlumatlara rast gələ bilərsiniz. Ancaq o da illərdir ki, itkin düşüb. Harada olduğunu bilmirik. Qaynatam həmişə deyir ki, onunla birlikdə Azərbaycan da bir sənətkaritirib. Səbuhinin özü isə güclü fotoqraf idi. Bizim ailəmiz hər kəs tərəfindən daim hörmətlə xatırlanır.



- Səbuhi yəqin ki, etdiyi cinayətə görə peşmandır...


-
Həm də çox. Ancaq o, Namiqi öldürməyib. Başqasının cinayəti onun üzərində qalıb. O, sadəcə mərhumu basdırmağa kömək edib. Buna görə ömürlük həbs cəzasımı olar? Biz heç bir zaman deməmişik ki, Səbuhi günahsızdır. Amma ömürlük həbs cəzasına da layiq deyildi. Verilən hökmlə razılaşa bilmirəm. Səbuhi ən çox qızına görə peşmandır. Övlad həsrətinin nə demək olduğunu başa düşərsiniz yəqin ki...

-Həyat yoldaşınız sizə həbs həyatından heç danışırmı?


- Demək olar ki, heç nə. Bizim pis olmamağımız üçün hər şeyi edir. Onu başa düşürəm. Qızını çox fikirləşir. Həbs olunandan sonra çox stress keçirdi. Sətəlcəm xəstəliyinə tutuldu, öd xəstəliyinə tutuldu. Əsəbləri yerində deyil. Hamı onu sakit birisi kimi tanıyır. Xarakteri elədir. Amma həbs olunandan sonra dəyişdi. Onu bəzən əsəbi görəndə təəccüblənirəm.

- Tez-tez görüşə bilirsinizmi?


-
Həftədə bir dəfə 15 dəqiqəlik müddətə telefonla danışa bilirik. Bir də iki aydan bir 1 saat, saat yarım görüş verilir. Qızı ilə daha çox danışır. Amma ümumi vaxtdan razı deyiləm, azdır. Özü demək olar ki, heç nədən şikayət etmir. Tək iztirabı ailəsidir, qızıdır.

- Yəqin ki, bir gün həbsdən çıxıb qızını qucaqlayacağına inanır...


-
Bunu çox istəyir. Amma açığını desəm, inanmır. Yəni onunla danışanda hiss edirəm ki, ümidsizdir. Sanki taleyi ilə barışıb. Mən özüm də ümidsizliyə qapılmışam. İnsan zaman keçdikcə, vəziyyətlə barışmalı olur. Hər nə qədər acı olsa da...


- Həyat yoldaşınız 28 ildir məhbus həyatı yaşayır. Bu müddət ərzində dəfələrlə  əfv ərizəsi ilə müraciət etmisiniz...


- İlk dəfə həbs olunanda 17 yaşı var idi. Ömürlük həbs cəzası ilə cəzalandırılmasından da 18 il keçir. Əlbəttə,dəfələrlə qaynatam,mən, qızım əfv ərizəsi ilə müraciət etmişik, amma hələ ki bir xeyri olmayıb.

- Yəqin ki, bu vəziyyət maddi durumunuza da təsir edir...


-
Əlbəttə ki, həyat yoldaşımın həbs olunması həm mənəvi, həm də maddi vəziyyətimizə ciddi təsir etdi. Qaynatamın ümidinə qalmışıq. Onun təqaüdünə göz dikmişik. O olmasa, halımız nə olar, təsəvvür etmək belə istəmirəm. Qaynatamın 82 yaşı var. Həqiqətən belə dolanmaq çətindir. Heç olmasa həyat yoldaşımın işi müddətli həbslə əvəz edilsə,bilərik ki, iki ilə, beş ilə yanımızda olacaq. Ömürlük həbsdə qalmasını bilmək bizim üçün hərtərəfli ağırdır. Buna görə aidiyyatı orqanlardan çox xahiş edirəm ki, onun işə yenidən baxılsın. Həyat yoldaşım ömürlük həbsdə qalmağa layiq deyil. Onun cəzası bir qədər yüngülləşdirilməlidir.


- Fərəh xanım, bildiyimizə görə, ilk dəfə atanızı 5 yaşınızda görmüsünüz...


-
Bəli, 5-6 yaşlarım olardı. İlk dəfə atamı dəmir barmaqlıqların arxasında o vaxt görmüşəm. Atam həbs olunandan 3 ay sonra dünyaya gəlmişəm. Atasızlığın nə demək olduğunu elə o vaxtlardan hiss edirəm. İndi 11-ci sinifdə oxuyuram. Sinif yoldaşlarımı, rəfiqələrimi atalarıyla görəndə çox pis oluram. Bu gün də heç nə dəyişməyib. Dərslərimi oxuyanda fikrimi cəmləməkdə çox çətinlik çəkirəm. Fikrim atamın yanında olur. Atamı görmək isyəyirəm. 18 ildir atam həbsdədir, bir dəfə də olsun onunla istədiyim kimi söhbət edə bilməmişəm.

- Onsuz yaşamaq sizin üçün çoxmu çətindir?


-
Sadəcə mənim üçün yox, ailəmiz üçün, atamın özü üçün də. Anamın saçları vaxtından tez ağardı, heç bir yerdə işləmir. Babamın ümidinə qalmışıq. Onu da deyim ki, babam Azərbaycanda oyma-xətt sənəti üzrə yeganə mütəxəssisdir.

- Bəs atanızı bir gün azadlıqda görəcəyinizə inanırsınız?


- İnanıram. O günü səbirsizliklə gözləyirəm.

-Bəs onun qayıtdığı anı heç düşünmüsünüzmü? Həmin an nə etmək istərdiniz?

- Düşünmədiyim heç bir günüm yoxdur. O vaxt edəcəyimi, nə hisslər keçirəcəyimi sözlə ifadə edə bilmərəm. Mən illərdir ki, o anı düşünərək yaşayıram. Onun üçün çox darıxıram. Yəqin ki, o qayıtdığı gün özümü dünyanın ən xoşbəxt insanı hiss edəcəm.

- Son olaraq nə demək istərdiniz?


- Mən prezidentimiz İlham Əliyevdən, birinci vitse-prezidentimiz Mehriban xanımdan xahiş edirəm ki, keçirdiyim sarsıntıları,atasızlıq duyğularımı nəzərə alıb,17 ildən sonra atamın ya əfv edilməsinə, ya da həbs cəzasının müddətli olmasına kömək etsinlər. Belə olan halda bir gün atama qovuşacağıma inam yerim olar.


***


Müsahibənin sonunda ömürlük məhkumun atası Seyfəddin Məmmədvəliyev haqqında da bir qədər ətraflı qeydlər etmək istərdik. Həcc ziyarətində, müxtəlif xarici ölkələrdə olmuş, 2010-cu ildə Türkiyəyə dəvət edilən, haqqımda dövlət səviyyəsində “2 ömür” adlı sənədli film çəkilən məşhur xəttat Seyfəddin Məmmədvəliyev oğlunun ailəsini çətinliklə saxlayır. 

“Əl işlərim var. Bu işlərə görə bir çox ölkələrə göndərilmişəm. Səbuhinin ailəsi bizimlə qalır. Səbuhinin yoldaşını gəlinim kimi yox, qızım kimi görürəm. Arada Səbuhinin yanına da gedirik”. 

Seyfəddin Məmmədvəliyev ağac üzərində oyma sənətinin Azərbaycanda ən tanınmış ustadıdır. Onun fantaziyasından doğan kompozisiyalar bir-birindən baxımlı və olduqca rəngarəngdir. Ağac üzərində oyulub cilalanan  əsərlərə baxdıqca fikirləşirsən ki, onlara insan əli dəyməyib.   

Azərbaycan klassiklərinin - Nizami, Xaqani, Nəsimi, Tusi, Füzulinin adlarını ağac üzərinə həkk edib. Füzuliyə aid ilk əl işi hazırda Türkiyədə muzeydə saxlanılır.

Ümumiyyətlə, ağac üzərində yaratdığı əsərlərin sayı 40-dan çoxdur. Onların arasında Türk dünyasının görkəmli şairi Əlişir Nəvai, Böyük Moğol İmperiyasının hökmdarı Babura aid əsərlər də var. Baburun  portreti həkk olunan ağac löbhənin kənarında onun türkçülüyün qüdrətilə bağlı dediyi sözləri də həkk edilib.

Dünyanın heç bir ölkəsində bu şəkildə ağac üzərində oyma sənətilə məşğul olmurlar. Bu sənət Azərbaycana məxsusdur. 

Seyfəddin Məmmədvəliyevlə oğlanları,   özü və sənəti haqqında danışarkən “xəttatlıq səbr, təmkin, yaradıcılıq qabiliyyəti, fantaziya tələb edir” deyir. Xəttatın davamçısı itkin oğlu Fəxrəddin ola bilərmiş. Amma indi onu əsas düşündürən məsələ ömürlük məhkum həyatı yaşayan kiçik oğlu Səbuhinin işidir...

 


Əvəz ZEYNALOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan nefti 73 dolları ötdü
19.08.2018, 11:25

Azərbaycan nefti 73 dolları ötdü

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”
19.08.2018, 11:10

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”

Messi tarixi qola imza atdı
19.08.2018, 10:48

Messi tarixi qola imza atdı

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb
19.08.2018, 10:33

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb

İndoneziyada güclü zəlzələ olub
19.08.2018, 10:14

İndoneziyada güclü zəlzələ olub

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı
19.08.2018, 10:00

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı

Məmmədyarov supertunirə qələbə ilə başladı
19.08.2018, 09:49

Məmmədyarov supertunirə qələbə ilə başladı

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub
19.08.2018, 09:33

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
19.08.2018, 09:20

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq

Cəbrayılda görüşənədək...   
19.08.2018, 09:15

Cəbrayılda görüşənədək...  

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir
19.08.2018, 00:47

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir

Gəncədə xəstəxanada yanğın
19.08.2018, 00:31

Gəncədə xəstəxanada yanğın

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində
19.08.2018, 00:13

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək
18.08.2018, 23:57

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı   
18.08.2018, 23:47

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı  

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir
18.08.2018, 23:43

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

Fəhlə işləyən gənc faciəli şəkildə öldü
18.08.2018, 23:27

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

Azərbaycan nefti bir qədər də bahalaşdı
18.08.2018, 23:09

Azərbaycan nefti bir qədər də bahalaşdı

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu
18.08.2018, 22:57

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı
18.08.2018, 22:39

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu
18.08.2018, 22:26

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu

Prezident BMT Baş katibinə başsağlığı verdi
18.08.2018, 22:23

Prezident BMT Baş katibinə başsağlığı verdi

Zaqatalada qara pomidor yetişdirildi - VİDEO
18.08.2018, 22:06

Zaqatalada qara pomidor yetişdirildi - VİDEO

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
18.08.2018, 21:51

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Putin Almaniyaya gedib
18.08.2018, 21:30

Putin Almaniyaya gedib

Şəhriyar Məmmədyarov ABŞ-da superturnirə qatılacaq
18.08.2018, 21:12

Şəhriyar Məmmədyarov ABŞ-da superturnirə qatılacaq

“Qarabağ” çempionata qələbə ilə başladı
18.08.2018, 20:54

“Qarabağ” çempionata qələbə ilə başladı

Müəllimlərin işə qəbulu müsabiqəsi YEKUNLAŞDI: NƏTİCƏLƏR ...
18.08.2018, 20:43

Müəllimlərin işə qəbulu müsabiqəsi YEKUNLAŞDI: NƏTİCƏLƏR ...

Ərdoğan yenidən AKP sədri oldu
18.08.2018, 20:30

Ərdoğan yenidən AKP sədri oldu

Bayram günləri Bakının bu ərazilərində heyvan kəsimi aparılacaq - SİYAHI
18.08.2018, 20:16

Bayram günləri Bakının bu ərazilərində heyvan kəsimi aparılacaq - SİYAHI

Həbsdən azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzi tikilib
18.08.2018, 20:01

Həbsdən azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzi tikilib

“Dünya liderlərinin gurultulu çıxışları vətəndaşa və sahibkara zərər vurur” 
18.08.2018, 17:31

“Dünya liderlərinin gurultulu çıxışları vətəndaşa və sahibkara zərər vurur” 

Lerikdə yol tikintisinə 11,3 milyon manat ayrıldı
18.08.2018, 17:17

Lerikdə yol tikintisinə 11,3 milyon manat ayrıldı

İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi
18.08.2018, 17:12

İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi

Dövlət qulluğuna test imtahanının nəticələri açıqlandı
18.08.2018, 16:44

Dövlət qulluğuna test imtahanının nəticələri açıqlandı

ARXİV