Modern.az

Müqəddəs Həcc ziyarəti başlayıb

Müqəddəs Həcc ziyarəti başlayıb

25 Noyabr 2009, 17:01

Noyabrın 25-də müqəddəs Həcc ziyarəti başlayıb. İslamın 5 əsas şərtindən biri olan bu ziyarətdə iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən Məkkəyə təxminən 2.5 milyon zəvvar gəlib. Bu rəqəm ötən ilkinə nisbətən azdır. Zəvvarların azalmasına səbəb “donuz qripi”nə yoluxmaq təhlükəsi ilə bağlıdır. Səudiyyə hökuməti lazımi qədər dərman vasitələrinin və tibbi heyətin ayrılması üçün tədbirlər görüb. Məkkə və Mədinə şəhərlərində asayişin təmin olunması üçün 100 mindən çox polis və təhlükəsizlik qüvvəsi cəlb olunub. Bu ilki Həcc ziyarətində 2000 azərbaycanlı zəvvar da iştirak edir.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, azərbaycanlı zəvvarların vəziyyəti yaxşıdır və onlar bütünlüklə ziyarətlərə başlayıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı