Modern.az

Eldar Mansurov: “Uşaq deyiləm ki, ad günümü təmtəraqlı qeyd edim”

Eldar Mansurov: “Uşaq deyiləm ki, ad günümü təmtəraqlı qeyd edim”

28 Fevral 2018, 11:57

Bu gün tanınmış bəstəkar, xalq artisti Eldar Mansurovun doğum günüdür. Onun  66 yaşı olub.

Bəstəkar  1952-ci il fevralın 28-də Bakıda İçəri şəhərdə musiqiçi ailəsində anadan olub. 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.  1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Ailəlidir, 2 oğlu var.


Xalq artisti doğum günü təəssüratlarını Modern.az saytı ilə bölüşüb:


“Səhər hələ indi açılıb, ona görə doğum günümün necə keçdiyi ilə bağlı dəqiq nəsə deyə bilmərəm. Sadəcə səhərdən bəri telefon zəngləri susmur,  təbriklər gəlir və onları cavablandırmaq məşğulam”.


E.Mansurov qeyd edib ki, ümumiyyətlə doğum günlərini sadə keçirməyi sevir:


“Uşaq deyiləm ki, ad günümü təmtəraqlı qeyd edim. Özəl günümdə  evdə, sakit mühitdə ailəmlə birlikdə olmaq kifayət edir. Çox dərinə getməyək, qısaca təbrik edən bütün insanlara təşəkkürümü  bildirirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər