Arxiv
28 Fervral 2018, 12:04 | ÖLKƏ
Ayaz Mütəllibov: “Arxivlərdə gizli bir şey qalmayıb”  

XX əsrin 80-ci illərindən başlayaraq Sovet imperiyası süquta hər gün bir az yaxınlaşırdı. Cənubi Qafqazda isə Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan torpaq davası 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunmasına gətirib çıxardı.

Ardınca 1990-cı ildə 20 Yanvar hadisələri törədildi. 1991-ci ilin dekabrında Belarusda üç respublikanın - Rusiya Federasiyası, Ukrayna və Belorusiya (indiki Belarus) rəhbərlərinin imzaladığı “Belovejsk sazişi” ilə SSRİ süqut etdi və tarixin arxivinə gömüldü.

SSRİ-nin süqutu heç də proseslərin, hadisələrin qovluqda qalmasına səbəb olmayacaqdı.

Müstəqil Azərbaycan xalqı baş verənləri arxivlərdən axtarmaq istəyəcəkdi.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bir müddət əvvəl  Modern.az saytına mövzu barədə danışarkən qeyd edib ki, “KQB” arxivlərinin açılmasında Qərb hərbi-siyasi dairələri çox maraqlıdır.


“1918-ci ildən 1991-ci ilə qədər böyük bir zamanı əhatə edən sənədlərin, məxfi qrif altında olan materialların açılması sovetləşmə, kommunistləşmə hərəkatının ayrılmaz tərkib hissəsinə çevrilib. Bizimlə eyni zamanda müstəqillik qazanmış dövlətlərdən bir çoxunda qeyd etdiyiniz arxivlərin açılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib, müxtəlif qanunlar qəbul edilib. Ümumən Qərb dövlətləri də maraqlıdır ki, SSRİ-yə daxil olan ölkələr müvafiq addımlar atsınlar, öz keçmişləri ilə üz-üzə dayansınlar”- deyən Z.Oruc bildirib ki, Qərb kommunizm sistemini, bolşevizmi, Qırmızı İmperiyanın bütün pisliklərini öz əlləri ilə ifşa etməyə çalışır.

 Onun sözlərinə görə, əslində arxivlərin açılması sıradan bir hadisə deyil.

“Çünki bu, həqiqətən də zaman baxımından bir neçə addan keçmiş və hər birində də çirkli vasitələrlə SSRİ-də təhlükəsizliyin təminatı üçün həyata keçirilən gizli tədbirləri özündə ehtiva edir”. 

Azərbaycanın eks-prezidenti  Ayaz Mütəllibov isə Modern.az-a açıqlamasında deyib ki, arxivlərdə artıq heç nə yoxdur.

“Arxivlərdə o qədər də maraqlı nəsə yoxdur. Biz Sovetlər Birliyinin tərkib hissəsi idik. Vaxtilə arxivlərdə çox şeylər vardı. Zənnimcə, indi arxivlərdə gizli heç nə yoxdur”.

Eks-prezidentin sözlərinə görə, arxivlərdəki materialların çoxu  artıq açılıb.

“Çünki Sovet hakimiyyəti dağılandan sonra dəfələrlə yeni materiallar üzə çıxıb. Hətta, tarixçilər də bu barədə fikirlər səsləndiriblər. Hər bir açıqlamanı, hər bir detalı mətbuat geniş işıqlandırıb. Ona görə də bu məsələlərdə şübhə üçün əsas görmürəm”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32