Modern.az

Azərbaycanlı aktrisadan şok ETİRAF - “Məşhur rejissor məni zorlayıb” - VİDEO

Azərbaycanlı aktrisadan şok ETİRAF - “Məşhur rejissor məni zorlayıb” - VİDEO

28 Fevral 2018, 12:44

Rusiyada yaşayan azərbaycanlı aktrisa-müğənni Fatimə Abbasquliyeva şok açıqlama verib.  Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Rusiyanın birinci kanalına qonaq olarkən illər əvvəl  məşhur rejissor Mark Rozovski tərəfindən zorlandığını iddia edib.

F. Abbasquliyevanın sözlərinə görə, tələbə olarkən rejissorla bir teatrda çalışıb və Rozovski müəllimi olub.

Aktrisa daha sonra teatrda rejissorun seks oyuncağına çevrilməmək üçün işdən ayrıldığını etiraf edib.

Hadisədən 12 il ötəndən sonra o, özünü  güclü hesab etdiyini, bu səbəbdən canlı efirdə uşaqlıq arzularını puç edən şəxsin adını açıqlamaq qərarına gəldiyini söyləyib.

Fatimə Abbasquliyeva həmçinin qeyd edib ki, sözügedən teatrda M. Rozovskinin xanımı da çalışıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir