Modern.az

İsrail yalnız 2 ölkənin adını ÇƏKDİ - bəs Azərbaycan?

İsrail yalnız 2 ölkənin adını ÇƏKDİ - bəs Azərbaycan?

28 Fevral 2018, 13:58

İsrailin “Aviasiya sənayesi” konserni doqquz ölkəyə (yalnız Kanada və Hindistanın adı çəkilir) raket əleyhinə “Dəmir günbəz” radilokasiya sistemini satıb.

 

Modern.az saytının xəbərinə görə, bu haqda İsrail mətbuatı məlumat yayıb. Satılan radiolokasiya sistemlərinin ümumi dəyəri 2 milyard dollardır.

 

İsrail mütəxəssisləri tərəfindən hazırlanmış texnologiya raketləri, pilotsuz uçuş aparatlarını aşkarlaya bilir və hava məkanında yüksək manevr qabiliyyətinə malikdir.

 

Belə radiolokasiya sistemlərinin imkanlarının genişliyi İsrail ordusu və bu silahları alan ölkələr üçün böyük bir şansdır.

 

“Dəmir günbəz” raketlərin zərərsizləşdirilməsi, artilleriya atəşinin açılması kimi özəlliklərə sahibdir.

 

“Dəmir günbəz” batareyaları üç hissədən ibarətdir. Çoxməqsədli radiolokasiya stansiyasının məqsədi buraxılmış raketlərin dəqiq yerini, məqsədini və uçuş trayektoriyasını müəyyən etməkdir.

 

“Dəmir günbəz” kompleksinin “Tamir” raketlərinin uzunluğu 3 metr, diametri 160 millimetr, çəkisi 90 kiloqramdır.

 

İsrail mətbuatı bildirir ki, “Dəmir günbəz” sistemi 10 kilometrədək hündürlükdə uçan təyyarələri də vurmağa qadirdir. "Dəmir günbəz" bir çox parametrlərə görə mükəmməl silah hesab olunur. 

 

Qeyd edək ki, ötən ilin fevral ayında Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlamışdı.

 

Hesabatda qeyd olunurdu ki, Azərbaycan 2016-cı ildə İsraildən OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün Orbiter-1K sursatı, “Barak-8” zenit-raket kompleksləri, EL/M-2080 "Green Pine" hava hücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, Spike-NLOS unikal raketləri, EL/M-2288 AD-STAR radarları, "Harop" hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, "SandCat" zirehli avtomobilləri satın alıb.

 

Hesabatda o da bildirilirdi ki, Azərbaycan 2016-cı ildə İsrailə “Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün “Tamir” raketlərini sifariş edib.

 

Lakin İsrail tərəfi “Dəmir günbəz”lərin satıldığı 9 ölkədən yalnız ikisinin adını çəkməklə kifayətlənib.

Xatırladaq ki, Ermənistan Rusiyadan “İsgəndər” raketlərini aldıqdan sonra Azərbaycanın bu silahlara “Dəmir günbəz”lə cavab verəcəyi haqda fikirlər səslənirdi.

 

Ekspertlər bildirir ki, “Dəmir günbəz” “İsgəndər” raketlərini birmənalı olaraq havada tutub zərərsizləşdirə bilər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır