24 sentyabr 2018, Bazar ertəsi
Ana Səhifə - PARLAMENT - Məşhurlarla görüşdən xatirələr: “Elçibəylə görüşmək üçün Kələkiyə oğlumu da apardım”  
Məşhurlarla görüşdən xatirələr: “Elçibəylə görüşmək üçün Kələkiyə oğlumu da apardım”  
28.02.2018, 15:26

Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər. 


Modern.az
 saytının “Məşhurlarla görüşdən xatirələr” adlı rubrikasında deputatlar məşhur simalarla görüşlərdən yadda saxladıqları xatirələri bölüşürlər.


Budəfəki müsahibimiz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalıdır.

 

Deputat  bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, yaddaşında xeyli maraqlı məqamlar qaldığını bildirib.  


Heydər Əliyevlə ilk görüşündən xatirə... 

 

“Müstəqil dövlətimizin qorunub saxlanılmasında yeganə qarant rolunu oynaya biləcək tarixi şəxsiyyət, Azərbaycanın eks -prezidenti Heydər Əliyevlə birinci görüşümü çox böyük məmnuniyyətlə xatırlayıram.  Bu görüş Naxçıvanda baş tutdu. Görüşümüz 40-50 dəqiqə aralığında oldu. Orada Azərbayacanda baş vermiş hadisələr və həmin hadisələrin gedişi, müstəqilliyə gedən yollar ətrafında söhbətlərimiz oldu. Mən bu görüşdən çox şey götürdüm və öyrəndim.  Görüşdən sonra Heydər Əliyevlə sağollaşanda üzümü ona tutub söylədim ki, “tarix sizin kimi şəxsiyyətləri çox nadir hallarda dünyaya gətirir, formalaşdırır və millətə təqdim edir. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondadır ki, sizin kimi nəhəng siyasətçisi və dövlət xadimi var. Bu tək mənim yox, Azərbaycan xalqının arzusudur ki, siz Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün ölkənin böyük siyasətinə qayıtmalısınız. Sizdən xahişim odur ki, Azərbaycan xalqı sizə əlini uzadanda onun əlləri göydə qalmasın”. Heydər Əliyev isə mənə “sağlıq olsun, baxarıq” deyərək, təbəssümlə yola saldı”. 

 

“Elə bir şərait yaratmırdım ki, o mənə əsəbləşsin”

 

Deputat xatırladıb ki, Heydər Əliyevlə onun çoxsaylı görüşləri olub. 

“Mən onunla münasibətlərimdə son dərəcə ölçülüb-biçilmiş sözümlə, hərəkətimlə, məsuliyyətimlə olurdum. Elə bir şərait yaratmırdım ki, o mənə əsəbləşsin, mənim davranışlarıma görə narahat olsun. Ola bilərdi ki, Heydər Əliyev ümumi tədbirlərdə zarafat edirdi. Amma mənimlə görüşdə bunu etmirdi. Mən ona atam yaşda olan insan , şəxsiyyət kimi yanaşırdım və hörmət edirdim. Etik davranışlarına da birmənalı olaraq hörmət edirdim. Şükürlər olsun ki, xalqımız ən çətin vəziyyətdə olanda üzünü məhz Heydər Əliyevə tutub. O da xalqla bərabər oldu”.

 

Deputatın ən yadda qalan görüşlərindən biri də Azərbaycanın digər mərhum eks -prezidenti Əbülfəz Elçibəylə olub. 


“Elçibəy Kələkidə, Ayaz Mütəllibov Moskvada oturub deyirdi ki, prezident mənəm”

 

“Əbülfəz Elçibəy mənim müəllimim olub. Mən Bakı Dövlət Universitetində üçüncü kursda oxuyarkən Əbülfəz Elçibəy mənə dərs deməyə başlamışdı. Onunla universitetdə tanış olduq və dostlaşdıq. Onunla fikirlərimiz üst-üstə düşürdü. O da Azərbaycanın müstəqil olmasının və əsarətdən qurtarılmasının bir nömrəli tərəfdarı idi. Mən də eyni zamanda, onunla görüşəndə bu hissləri özümdə daşıyan bir insan idim. Onunla münasibətlərimiz dostluq səviyyəsinə yüksəlmişdi. Hərəkat dövründə bir yerdə olduq. Onunla mənim bəzi məsələlərdə fikir ayrılığımız olurdu. Mən öz fikirlərimi bildirirdim. Amma etiraf etməliyəm ki, ona böyük hərmətim olub. Onun 1993-cü ilin iyunundan Bakını tərk etməsi məndə münasibətlərimizə ciddi təsir göstərə biləcək ciddi suallar doğurdu.  Bu suallar hələ də cavabsız qalıb.
Daha sonra isə Heydər Əliyev xalqın tələbi ilə Milli Məclisin sədri vəzifəsinə gətirildi. Bundan sonra Əbülfəz Elçibəy bəyanatla çıxış etdi ki, “mən prezidentəm!”. 
Referendum keçirildi və Əbülfəz Elçibəyə tam olaraq etimadsızlıq göstərildi. Xalq ona “Yox!” dedi. Bu referendum çox demokratik, ədalətli və şəffaf keçirilmişdi. Çünki Əbülfəz Elçibəy və onun komandası xalqın etimadını itirmişdi. Ondan sonra da Əbülfəz Elçibəy bəyanatlarla çıxış edirdi ki, “ölkənin prezidenti mənəm”.
1993-cü ildə Heydər Əliyev seçkilərdə xalqın etimadını qazanaraq Azərbaycanın prezidenti seçildi. Yenə də Əbülfəz Elçibəy Kələkidə oturub deyirdi ki, “mən bu ölkənin prezidentiyəm”. Ayaz Mütəllibov da Moskvada oturub deyirdi ki, “mən Azərbaycanın prezidentiyəm”. Mən burada da öz sözümü dedim. Xüsusi bəyanatlarımla çıxış etdim”. 

 

“Elçibəy məni bir gün qəbul etmədi”

 

Deputat 1994-cü ilin oktyabr ayının sonlarında  öz təşəbbüsü ilə  Kələkidə Əbülfəz Elçibəylə görüşdüyünü xatırladıb. 


“Mən Elçibəylə görüşə oğlum Elçinlə getmişdim. Amma Elçibəy məni bir gün qəbul etmədi. Nəhayət, onunla  görüşümüz baş tutdu. Ona dedim ki,” xalqın böyük etimadı ilə ölkənin prezidenti seçilib. Bu da Heydər Əliyevdir. Siz burada deyirsiniz ki, ölkənin prezidenti mənəm, Ayaz Mütəllibov da Moskvada deyirki, mənəm.  Bu ölkənin neçə prezidenti olmalıdır ki? Hüquqi və faktiki baxımdan ölkənin prezidenti Heydər Əliyevdir. Xahiş edirəm, gəlin Bakıya müxalifətdə durun  və müxalifət partiyalarını ətrafınıza yığın. Bununla da ölkə normal şəkildə idarə olunsun”.
Əbülfəz Elçibəy mənə dedi ki, “öz prinsiplərimdən dönən deyiləm”. Soruşdum ki, “sizin prinsiplər nədir?”  Dedi ki, “mən ölkənin prezidentiyəm və mənim hüquqlarım pozulub”. Mən isə ona söylədim ki, “sizin baxışlarınızla mənimki tamamilə ziddiyət təşkil edir. Ona görə də bizim yollarımız ayrılır”. O da mənə dedi ki, olsun. “Sağolun, salamat qalın” deyib Bakıya qayıtdım. Bundan da sonra Əbülfəz Elçibəylə ara-sıra məclislərdə görüşürdük. Mən yenə də müəllim kimi onun hörmətini saxlayırdım. Beləcə də bizim münasibətlər yekunlaşdı”. 

 

“Elçibəyin ailəsi ilə əlaqələrim var

 

Fəzail Ağamalı deyib ki, Əbülfəz Elçibəyin ailəsinə qarşı münasibəti bir qram da dəyişilməyib. 

“Onun yaxınları , ailəsi ilə bu gün də əlaqələrim var. Onlar mənə, mən onlara zəng vururam. Onların bir problemi olursa, həll etməyə çalışıram.  Bu gün də Əbülfəz Elçibəyə millətini sevən, Azərbaycanın müstəqilliyi uğrunda kifayət qədər yeri və rolu olan Azərbaycanın görkəmli oğlu kimi yanaşıram. Çoxlarından, ona xəyanət edənlərdən  fərqli olaraq münasibətim bu günə qədər dəyişməyib”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Səyyar ASAN xidmət bu gün daha 10 ərazidə fəaliyyət göstərəcək
24.09.2018, 10:31

Səyyar ASAN xidmət bu gün daha 10 ərazidə fəaliyyət göstərəcək

Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin 20-ci forumu başladı
24.09.2018, 10:24

Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin 20-ci forumu başladı

Dövlət katibi: “Rusiyanın Ukrayna və Suriyadakı fəaliyyəti faydasızdır”
24.09.2018, 10:15

Dövlət katibi: “Rusiyanın Ukrayna və Suriyadakı fəaliyyəti faydasızdır”

Kərəm Həsənov şikayətləri dinləyəcək   
24.09.2018, 10:08

Kərəm Həsənov şikayətləri dinləyəcək  

Xarici işlər nazirlərinin həmsədrlərlə görüş vaxtı dəqiqləşdi  
24.09.2018, 10:00

Xarici işlər nazirlərinin həmsədrlərlə görüş vaxtı dəqiqləşdi  

Yaponların 75%-i Rusiya ilə sülhə qarşıdır
24.09.2018, 09:54

Yaponların 75%-i Rusiya ilə sülhə qarşıdır

Cəbhədə şiddətli atışma olub – RƏSMİ
24.09.2018, 09:47

Cəbhədə şiddətli atışma olub – RƏSMİ

Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu
24.09.2018, 09:35

Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu

İcazəsiz ov edən şəxs saxlanılıb
24.09.2018, 09:27

İcazəsiz ov edən şəxs saxlanılıb

Şəmkirdə ağır qəza - ölənlər və yaralananlar var   
24.09.2018, 09:20

Şəmkirdə ağır qəza - ölənlər və yaralananlar var  

Bu gecə bütün dünya azərbaycanlıları bu verilişə baxacaq - VİDEO
24.09.2018, 09:13

Bu gecə bütün dünya azərbaycanlıları bu verilişə baxacaq - VİDEO

Azərbaycanda axtarışda olan 25 nəfər saxlanıldı
24.09.2018, 09:07

Azərbaycanda axtarışda olan 25 nəfər saxlanıldı

Komediya aktyoru Yerevan meri seçildi - Nəticələr məlum oldu   
24.09.2018, 09:03

Komediya aktyoru Yerevan meri seçildi - Nəticələr məlum oldu  

Ərdoğan Amerikaya gedib   
24.09.2018, 08:52

Ərdoğan Amerikaya gedib  

Bakılı Boris Ptaşko veteran dostunun yubileyində “Katyuşa”nı oxumaqdan niyə imtina etdi?
24.09.2018, 08:21

Bakılı Boris Ptaşko veteran dostunun yubileyində “Katyuşa”nı oxumaqdan niyə imtina etdi?

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
24.09.2018, 07:53

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab
24.09.2018, 00:41

ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab

Sərnişin gəmisi qəzaya uğradı - Ölü sayı 225-ə çatdı
24.09.2018, 00:17

Sərnişin gəmisi qəzaya uğradı - Ölü sayı 225-ə çatdı

Gənc qız intihara cəhd etdi
23.09.2018, 23:48

Gənc qız intihara cəhd etdi

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə
23.09.2018, 23:27

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO
23.09.2018, 23:04

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO

Binəli Yıldırım Özbəkistana getdi
23.09.2018, 22:51

Binəli Yıldırım Özbəkistana getdi

“Qarabağ” “Qəbələ”yə şans vermədi
23.09.2018, 22:24

“Qarabağ” “Qəbələ”yə şans vermədi

Nobel mükafatı alan alim öldü
23.09.2018, 22:11

Nobel mükafatı alan alim öldü

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu
23.09.2018, 21:51

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü
23.09.2018, 21:42

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
23.09.2018, 21:23

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Hökumət 4 min saytı blokladı
23.09.2018, 21:08

Hökumət 4 min saytı blokladı

Növbəti komanda-qərargah təlimi başa çatıb
23.09.2018, 20:57

Növbəti komanda-qərargah təlimi başa çatıb

Azərbaycan “OPEC”in iclasında təmsil olunub
23.09.2018, 20:46

Azərbaycan “OPEC”in iclasında təmsil olunub

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO   
23.09.2018, 20:32

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO  

Avropada müsəlmanlarla bağlı yeni qərar
23.09.2018, 20:15

Avropada müsəlmanlarla bağlı yeni qərar

Azərbaycanda yeni tipli gəmilər hazırlanır
23.09.2018, 20:01

Azərbaycanda yeni tipli gəmilər hazırlanır

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018, 17:59

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”
23.09.2018, 17:51

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”

ARXİV