Modern.az

Prezident təhsil işçilərinin maaşını artırdı

Prezident təhsil işçilərinin maaşını artırdı

28 Fevral 2018, 17:57

Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarını artırıb.

Modern.az xəbər verir ki. Ölkə başçısının bununla bağlı imzaladığı sərəncamda deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir