Modern.az

Jurnalistlərin binasından oğurluq edənlər tutuldu

Jurnalistlərin binasından oğurluq edənlər tutuldu

1 Mart 2018, 17:17

Jurnalistlərin binasından oğurluq edən şəxslər tutulub.

Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal və Səbail rayon Polis İdarələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisindəki evlərdən silsilə oğurluqlar edən dəstə üzvləri tutulub.

Əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakinləri Ələkbər Ələkbərov və Fərhad Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onların jurnalist Ağanisə Sultanova da daxil olmaqla, Bakının Yasamal və Səbail rayonlarında 6 evdən pul, noutbuklar, kompüter dəstləri, məişət və qızıl-zinət əşyaları oğurlamaları, daha bir evdən isə oğurluğa cəhd etmələri müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda həmin şəxslərin başqa cinayətlərdə əlaqələrinin olub-olmadığı araşdırılır.

DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, yanvarın 30-da Ağanisə Sultanovun jurnalistlərin binasında yerləşən mənzilinə daxil olan naməlum şəxslər oradan 1000 manat pul və 3900 manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər