Modern.az

Prezident səhiyyə işçilərinin əməkhaqlarını artırdı

Prezident səhiyyə işçilərinin əməkhaqlarını artırdı

Ölkə

1 Mart 2018, 18:35

Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamı imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, səhiyyə müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır