Modern.az

Yeni orfoqrafiya qaydalarının MÜBAHİSƏLƏRİ

Yeni orfoqrafiya qaydalarının MÜBAHİSƏLƏRİ

2 Mart 2018, 09:22

Rəşid Fətəliyev,
geologiya-mineralogiya elmləri namizədi


AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun kollektivi tərəfindən hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın layihəsinin ümumxalq müzakirəsinə təqdim edilməsi təqdirəlayiq bir addımdır. Azərbaycan dili bu dili daşıyanların hamısının dilidir və bu səbəbdən onun formalaşmasında, inkişafında və qorunmasında hamımızın üzərinə  müəyyən məsuliyyət düşür. Təbii ki, ən böyük məsuliyyət Dilçilik İnstitutunun və Dil Komissiyasının, daha doğrusu, orada çalışan mütəxəssislərin üzərinə düşür. Son sözü də onlar deməlidir, bizlər isə müzakirələrdə iştirak hüququmuzu gerşəkləşdirərək  dilin hər hansı bir probleminin həlli istiqamətində təkliflər verə bilərik, suallar qoya bilərik və s.,amma veriləcək suallar və ya təkliflər böyük bir kollektivin gərgin əməyinin bəhrəsi olan və dilimizin inkişafına yönəlmiş bu layihənin dəyərini aşağılamağa deyil, onun mükəmməlliyinə xidmət etməlidir.

Dil də canlı orqanizm kimidir, tarixin bilinməyən qatlarında yaranır, yaşayır, inkişaf edir və bəzən, hətta ölür də. Ömrünün uzadılması üçün onun da diqqət və qayğıya ehtiyacı var. Mütəxəssislər bəzi aparıcı Avropa dillərinin inkişaf tarixinı tədqiq edərək belə qənaətə gəlmişlər ki,  dillər söz tərkiblərini min il ərzində təqribən 60-80 faiz dəyişir. Yəni bugünkü ingilis, alman, italyan, fransız və ya ispan min il əvvəl babalarının dilini ya çox çətinliklə başa düşəcək, ya da heç başa düşməyəcək. Ehtimal ki, bu fikir Azərbaycan dili üçün də keçərlidir.

Dövlətçiliyə malik millətlərin dilləri dəyişkənliyə daha çox məruz qalır, müəyyən sərhədlər daxilindəki iqtisadi, ədəbi və elmi inkişafla, həmçinin beynəlxalq əlaqələrlə bağlı dilə yeni-yeni sözlər daxil olur və dil zənginləşir. Dil də zənginləşdikcə dövriyəyə girən yeni sözlərin dildə doğru-düzgün istifadəsi, yəni tələffüzü və yazılışı tələb olunur ki, bu da orfoqrafiya qaydalarına yenidən baxılmasını ləbud edir. Bu səbəbdən “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın yenidən işlənməsi tənqid yox, təqdir edilməlidir. Bununla bərabər, dilimizin dünya dilləri arasında layiqli yerini tutmasınaistiqamətlənmiş bu layihənin daha mükəmməl olması məqsədilə ona irad və təklif bildirmək hər kəsin haqqı və hüququ olduğu da unudumamalıdır. Bu hüquqdan bəhrələnərək mən də müzakirəyə çıxarılan orfoqrafiya qaydaları layihəsinin bəzi maddələrinə konkret olaraq bir neçə irad və təkliflərimi bildirmək istərdim:

  1. Layihənin birinci bölməsi “Əsl Azərbaycan sözlərinin yazılışı” adlanır. Düşünürəm ki, bir neşə səbəbdən bunu bölmə üçün o qədər də uğurlu ad hesab etmək olmaz. Birincisi, bölmənin belə adlandırılması bütövlükdə qaydaların böyük əksəriyyətinin “əsl Azərbaycanolmayan sözlər”in yazılışına həsr olunduğu fikrini formalaşdırır, halbuki digər bəndlərdə də əsl Azərbaycan sözlərinin yazılışını əks etdirən bəndlər mövcuddur. İkincisi, “əsl Azərbaycan sözləri”ni“əsl Azərbaycan olmayan sözlər”dən fərqləndirmək mütəxəssis olmayanlar üçün qəliz məsələdir. Üçüncüsü, “əsl Azərbaycan sözləri”ifadəsi yalnız bir yerdə (2-ci bəndin Qeydində) istifadə edilir, qalan yeddi maddənin altısında “milli sözlər” ifadəsi yer almışdır. Bu səbəbdən məntiqlə birinci bölmənin adı “Milli sözlərin yazılışı” kimi olmalı idi.

Amma  düşünürəm ki:

-1-ci və 7-ci maddələri “Ümumi müddəalar” adı altında birləşdirmək və ola bilsin ki, bura ümumi məzmunlu bir-iki başqa maddə də əlavə etmək olar;

- qalan 5 maddəni isə “Son səsi fərqli tələffüz olunan sözlərin yazılışı” kimi vermək daha məqsədəuyğun olardı.

  1. 2.      Qaydaların 2-ci maddəsində deyilir:

2. Son səsi [x] və ya [ğ] kimi tələffüz olunan milli sözlər q hərfi ilə yazılır: ayaq, barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, otaq, yaxşılıq, yanaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q~ğ əvəzlənməsi baş verir: otağa, bulağın, qonağımız və s.

Bəs elə isə Qazax, Qax, Yevlax, Samux kimi yer adları necə yazılmalıdır? Güman edirəm ki, bu maddəyə “Yer adları istisnadır” kimi qeyd əlavə edilməlidir.

3. Layihənin 14-cü maddəsində yazılır:

14. Rus dilində tərkibində ц samiti olan Avropa mənşəli alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:

a) ümumiisimlər s iləyazılır: aseton, dosent, konsert, lisey, sex, sement, senzura, sirk və s.


Qeyd:
 Vitse sözüistisnadır, ts iləyazılır.

Hesabedirəmki, maddənin a) bəndindən “sex” sözüçıxarılmalıvəəvəzindəQeydhissəsiaşağıdakıkimiyazılmalıdır:


Qeyd: 
Vitse, tsexvə tsikl sözləri istisnadır, ts ilə yazılırlar.

Mənə belə gəlirki,, “sex” və “sikl” sözlərinin  “tsex” və “tsikl” şəklində mənbə dilinə uyğunlaşdırılaraq yazılması, “əsgər” vəya “əsginas” sözlərinin mənbə dilinə uyğunlaşdırılmasından daha vacibdir. Hətta ingilislər mənbə dilindəki “ц” səsini olduğu kimi vermək üçün “sunami” və “çar” sözlərini müvafiq olaraq, “tsunami” və “tsar” kimi yazmağı qəbul etmişlər.


4. Qaydalar layihəsinin 19-cu maddəsində oxuyuruq:


19. Kimyəvi element adları mənbə dildəki kimi yazılır: kalium, maqnezium, natrium və s.

Hesab edirəm ki, bu, düzgün yanaşma deyil, belə ki, bir çox kimyəvi element adları oturuşmuş hal kimi dilimizdə mənbə dildəkindən fərqli yazılır. Məsələn, oksigen, hidrogen, azot, bor, karbon, fosfor, selen,dəmir, mis, qızıl, sürmə, qalay, molibden, titan və s. Bu səbəbdən 19-cu maddəni aşağıdakı kimi yazmaq məqsədəuyğun olardı:


19. Azərbaycan dilində qarşılığı olmayan kimyəvi element adları mənbə dildəki kimi yazılır: kalium, maqnezium, natrium və s.


5. 22-ci maddənin layihədən çıxarılması məqsədəuyğundur.

Əsgər, əsginas, İsgəndər, işgəncə və s. bu kimi sözlər dilimizdə artıq“g” hərfi ilə yazılmaqla öz yerlərini tapmışlar. Onların yazılışını mənbə dilə uyğunlaşdırmağa ehtiyac yoxdur. Bu prinsiplə yanaşsaq dilimizdəki külli miqdarda sözün yazılışını dəyişdirməli olarıq.


6. 24-cü maddədə “ədəbi dildəki tələffüzündən asılı olmayaraq” ifadəsini bütövlükdə, ya da “ədəbi dildəki” ifadəsini çıxartmaq məsləhətdir.


7. 34-cü maddədə mənbə dildə ss qoşa samiti ilə başlayan “ssenari” sözünün  “senari” kimi (əvvəlində bir s hərfi) yazılması təklif olunur. Elə isə bəs “ssuda” sözü necə yazılmalıdır?


8. 35-ci maddə ilə 30-cu maddə arasında ziddiyyət mövcuddur.
Ya masaj, pasaj, şose və s. sözlər 30-cu maddəyə istisna kimi, ya da kassa, klassik, vassal, sassi və s. sözlər 34-cü maddəyə istisna kimi verilməli, iki maddədən biri ləğv edilməlidir.


9. 38-ci maddənin 1-ci bəndinə (Bir cür yazılan alınma şəkilçilər) “təhər” şəkilçisi əlavə etmək məqsədəuyğundur.

-təhər şəkilçisi: birtəhər, köktəhər, acıtəhər, şirintəhər və s.


10.38-ci maddənin 1-ci bəndindən “varı” şəkilçisini 2-ci bəndə (İki cür yazılan şəkilçilər) keçirmək məqsədəuyğundur:

Azərbaycan dilinin ahəng qanunlarına uyğun olaraq:

- son hecası qalın saitlə olan sözlərdə - varı:buynuzvarı, qalxanvarı;

- son hecası incə saitlə olan sözlərdə - vari: pətəkvari, yüngülvari və s.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı