Modern.az

Nabranda Nissan fırtınası (FOTOLAR)

Nabranda Nissan fırtınası (FOTOLAR)

27 İyul 2011, 18:11

Azərbaycanın ən populyar turizm və istirahət guşələrindən biri olan Nabranda iyulun 22-dən 24-dək 8-ci “Caspian Motor Show” avtomobil sərgisi keçirildi. “Nissan Azərbaycan” bu möhtəşəm tədbirdə 3 modellə təmsil olunurdu. Sərgiyə gələnlər Nissan əfsanəsi Nissan Patrol, ən yeni texnologiyaların vəhdəti olan yenilənmiş Nissan X-Trail və şəhər sakinlərinin sevimlisi, kompakt və qənaətcil Nissan Mikra ilə daha yaxından tanış olmaq imkanı əldə etdilər.

Sərgi zamanı həmçinin Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşəbbüsü ilə “Sağlam rəqabət və reklam etikası” mövzusunda konfrans-seminar keçirildi. “Nissan Azərbaycan”ın Marketinq Departamentinin əməkdaşları bu seminarda Nissan-ın qlobal reklam standartları haqqında konfrans iştirakçılarına məlumat verdilər və Azərbaycanda yürüdülən reklam siyasətinin də məhz bu standartlara əsaslandığını, sağlam rəqabət və reklam etikası prinsiplərinə uyğun olduğunu vurğuladılar.  

Sərgi günlərində ziyarətçilərin “Nissan Azərbaycan”ın əməkdaşlarına ünvanladıqları çoxsaylı sorğular, götürdükləri kataloqlar və çəkilən fotoşəkillər bir daha Nissan-ın Azırbaycanda keyfiyyətli, qənaətli və rahat yapon avtomobil markası olaraq sevildiyini sübut etdi.     

“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2, Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 

NISSAN   getdiyin yolları_DƏYİŞ





Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi