Modern.az

Kommunistlər də seçki qərarı verəcək

Kommunistlər də seçki qərarı verəcək

2 Mart 2018, 15:31

Martın 4-də  Azərbaycan Kommunist Partiyasının (AKP)  Plenum iclası keçiriləcək.  Partiya iclasda növbədənkənar seçkilərlə bağlı yekun qərar verəcək.

 

Bu barədə AKP-nin  sədri Rauf Qurbanov Modern.az saytına açıqlama verib:

 

“Mərkəzi Komitənin plenum iclası olacaq. Artıq bununla əlaqədar  müavinim bir az olar mənə məlumat verib. Plenum üzvlərinə deyilib və ayın 4-ü iclasda iştirak edəcəklər.

 

O cümlədən dairə, məntəqə və mərkəzi seçki komissiyalarına müşahidəçi qismində verəcəyimiz yoldaşların siyahısı plenumda təsdiq  ediləcək. Martın 4-dən sonra növbədənkənar  seçkilərlə bağlı yekun qərarı mətbuatla bölüşəcəyik”.

 

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?