Modern.az

Dünya tarixinin ən dağıdıcı zəlzələləri - SİYAHI

Dünya tarixinin ən dağıdıcı zəlzələləri - SİYAHI

2 Mart 2018, 15:37

Hesablamalara görə dünyada hər il 500000-dən çox zəlzələ baş verir. Bunlardan çoxu ya hiss edilmir,ya da cüzi hiss edilir. Məlum olduğu kimi zəlzələlər 12 ballıq şkala ilə ölçülür. 7 baldan daha çox gücə malik zəlzələlər əsasən dağıdıcı hesab olunur.

 

Təəssüf ki, dağıdıcı zəlzələlər kifayət qədər insan ölümünə də yol açır.

Modern.az Türkiyə KİV-nə istinadən dünyada ən çox insan tələfatına səbəb olmuş 10 zəlzələ hadisəsini təqdim edir:

 

Şensi zəlzələsi - Çin

Tarixdə ən çox insan itkisinə səbəb olan zəlzələ hadisəsi 1556-cı il 23 yanvar günü Çinin şimal-qərbində baş verib. 8 bal gücündə baş verən zəlzələ zamanı 830000 nəfər həyatını itirib.Bu bölgə əhalisinin 60%- i deməkdir. Zəlzələ zamanı bütün binalar dağılmışdı.

 

Tyanşan zəlzələsi - Çin

 20-ci əsrin ən çox insan itkisinə yola açan zəlzələsi hesab olunur. Tyanşan zəlzələsi 28 iyul 1976-cı ildə baş verib. 7,8 bal gücündə özünü göstərən təbii fəlakət zamanı 255000 nəfər ölmüşdü. Əhali isə ölənlərin sayının daha çox olduğunu iddia edirdi. Paytaxt Pekində də hiss olunan zəlzələ zamanı 799000 ada yaralanıb. Zəlzələ sadəcə 10 saniyə davam etsə də 180000 binanın dağılmasına səbəb olmuşdu.

 

Hələb zəlzələsi - Suriya

Hadisə 11 oktyabr 1138-ci ildə baş verib. Zəlzələnin gücü dəqiq məlum olmasa da,230000 nəfərin öldüyü məlumdur.

 

Sumatra Zəlzələsi – İndoneziya

26 dekabr 2004- cü ildə İndoneziyanın Sumatra adası yaxınlığında 9,1 bal gücündə baş verən zəlzələ və onun ardından gələn sunami Cənubi Asiya və Afrikada 14 ölkədə hiss olunmuşdu. Nəticədə 227000-dən çox insan həyatını itirmişdi. Təxminən bir milyon 700 min nəfər evlərindən olmuşdu.  Bundan başqa 50000-dən çox adam itkin düşdü.

 

Haiti zəlzələsi

12 yanvar 2010- cu ildə Cənubi Amerika ölkəsi Haitidə 7 bal gücündə baş verən zəlzələ zamanı 222000-dən çox adam həlak olub,300000-dən artıq adam yaralanıb. 1,3 milyon insan yaşadığı yurdundan olub. 100000-ə yaxın ev təmamilə dağılıb.

 

 Damğan zəlzələsi - İran

856-cı ilin 22 dekabr tarixində İranın Damğan rayonunda baş verən zəlzələ zamanı 200000-dən artıq insan həlak olub. Zəlzələnin gücü 7,9 bal olaraq qiymətləndirilir.

 

Hansü zəlzələsi zəlzələsi – Çin

Hadisə 1920-ci il 16 dekabr tarixində 7,8 bal gücündə baş verib. Torpaq sürüşmələrinə səbəb olan fəlakət zamanı 200000 adam həlak olub. Bundan başqa 20000-dən artıq insan küçədə donaraq həyatını itirib.

 

Ərdəbil zəlzələsi – İran

893-cü il 23 mart tarixində baş verib. Zəlzələnin gücü dəqiq məlum deyil. Fəlakət nəticəsində 150000-dən artıq insan ölmüşdü.

 

Kanto zəlzələsi – Yaponiya

1923-cü ilin sentyabrın birində Kanto bölgəsində baş verən fəlakət Yaponiyada ən dəhşətli zəlzələ kimi tanınır. 7,9 bal gücündə yaranan zəlzələ Tokio və Yokohamada da ciddi fəsadlara yol açıb. 142000 adam həlak olub, 380000 ev təmamilə dağılıb.

 

Aşqabad zəlzələsi - Türkmənistan

5 oktyabr 1948-ci ildə 7,3 bal gücündə baş verən hadisədə 110000-dən çox adam həyatını itirmişdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi