Modern.az

Cənubi Koreya Pxenyana xüsusi elçi göndərəcək

Cənubi Koreya Pxenyana xüsusi elçi göndərəcək

2 Mart 2018, 17:14

Cənubi Koreya Prezidenti Mun Jae Şimali Koreyaya xüsusi nümayəndə göndərməyi planlaşdırdığını açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən Mun Jae bu barədə planını ABŞ prezidenti Donald Trampla da bölüşüb. Ancaq Trampın buna münasibətinin necə olduğu ilə bağlı məlumat verilməyib.

 

Məlumatda bildirilir ki, ABŞ XİN-i Cənubi Koreyanın Pxenyana xüsusi nümayəndə göndərmək planı ilə bağlı birgə mövqe müəyyənləşdirmək niyyətindədir.  ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamada Koreya yarımadasını nüvə silahlarından təmizləməyə nail olmaq üçün maksimum təzyiqi davam etdirmək lazımdır, o cümlədən, Şimali Koreyaya da cavab vermək üçün Cənubi Koreya Respublikası ilə yaxın təmasda olduqları açıqlanıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır