Modern.az

Azərbaycana "donuz qripi"nə qarşı 170 min doza vaksin gətiriləcək

Azərbaycana "donuz qripi"nə qarşı 170 min doza vaksin gətiriləcək

25 Noyabr 2009, 18:14

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana A H1N1 virusunun (“donuz qripi”) müalicəsində istifadə olunan 48000-dən çox qutu  “Tamiflu” preparatı göndərib. Respublika Taun Əleyhinə Stansiyadan Modern.az-a verilən məlumata görə, göndərilən preparatlar hazırda Səhiyyə Nazirliyinin istifadəsindədir. ÜST noyabrın axırında-dekabrın əvvəllərində "donuz qripi" əleyhinə vaksin və peyvənd ləvazimatı da göndərəcək. Vaksinlər Azərbaycana bir neçə mərhələdə çatdırılacaq. İlkin mərhələdə əhalinin 2 faizi üçün nəzərdə tutulmuş 170 min doza vaksinin gətirilməsi nəzərdə tutulub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu