Modern.az

Lənətlənmiş ailənin üzvü olan Nobel mükafatlı yazıçı - İntihar sevdalıları

Lənətlənmiş ailənin üzvü olan Nobel mükafatlı yazıçı - İntihar sevdalıları

Ədəbi̇yyat

4 Mart 2018, 00:32

 

Dünyaşöhrətli yazıçı, Nobel mükafatı laureatı Ernest Heminqueyin aktyor  nəvəsi Manuel Heminquey ekranlaşdırdığı “Dəlilikdən qaçış” adlı sənədli filmi ilə babasının müəmmalı intiharını və bir çox ailə sirlərini açıqlayıb.

“Sandeys” festivalında nümayiş olunan və böyük maraqla qarşılanan film Heminqueylərin 1 əsrə yaxın davam edən ailə sindromunu özündə əks etdirir. 52 yaşında intihar edən məşhur yazarın aludə olduğu depressiya və alkoqola meyillilik indi də onun ailəsini tərk etmir. Sanki estafet olaraq bu iki sindrom ailənin bir üzvündən başqa üzvünə ötürülür. Belə ki,  Ernestin atası və iki qardaşı da özü kimi intihar etmişdi. Bundan başqa,  15 il bundan qabaq Heminqueyin ildönümü ərəfəsində həmin aktyorun bacısı Marqa yüksək dozada dərman qəbul edərək 42 yaşında intihar etmişdi.  

Modern.az xəbər verir ki,  Marqa 16 yaşında ikən Amerikanın ən tanınmış modellərindən biri olub. Dünyada 1 milyon dollarlıq müqavilə imzalayan ilk model olub. Manuelin digər bacısı Mafet isə uzun müddətdir ki, aludə olduğu depressiyadan çıxa bilmir. Elə Manuelin özü də 51 yaşında iki uşaq atası olmasına baxmayaraq, depresiyanın altında olduğunu və bir neçə dəfə intihar haqda fikiriləşdiyiini bildirib.

Bunlardan başqa Ernest  Heminquey ailəsinin başqa üzvləri də ömürlərinin əksər hissələrini depressiya altında keçiriblər. Bunlar Marseel Hemenquey, Klara Edvard Hemenquey, Madalena Heminqueydir. 

Məruz qaldıqlaarı depressiya bunlarda tamamilə başqa həyat tərzi formalasdırıb. Eynən dahi Ernestin özü kimi. Bir maraqlı faktı da qeyd edək ki, artıq Heminqueyin nəslindən olan insanlar bu soyaddan iimtina edirlər. Buna səbəb kimi isə Hemenquey soyadının onlara hədiyyə olduğu kimi, lənət gətirən bir qüvvə də olduğunu bildirirlər. Belə ki, Manuelin qızları və digər ailə üzvləri öz analarının soyadından isitifadə edirlər. 

 

E.Nihad 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır