Modern.az

Kommunistlər İlham Əliyevin namizədliyini DƏSTƏKLƏDİ

Kommunistlər İlham Əliyevin namizədliyini DƏSTƏKLƏDİ

5 Mart 2018, 11:09

Martın 4-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib.

 

Partiyanın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə,  plenumda 11 aprel tarixində ölkədə keçiriləcək  növbədənkənar prezident seçkilərində Azərbaycan Kommunist Partiyasının iştirakı məsələsi geniş müzakirə olunub.

 

AKP sədri Rauf Qurbanov tədbiri açıq elan edərək gündəlikdə duran məsələ ilə əlaqədar məruzə edib. AKP lideri cəmiyyətdə vətəndaş həmrəyliyinin, sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün bütün siyasi partiyaların və ictimai təşkilatların, o cümlədən Azərbaycan vətəndaşlarının seçkidə aktiv iştirak etməsinin zəruriliyini qeyd edib.

 

Rauf Qurbanov bəzi siyasi partiyalar tərəfindən seçkini boykot edən çağırışların Azərbaycan dövlətçiliyinin əleyhinə olduğunu və onun beynəlxalq imicinə xələl gətirdiyini, Azərbaycanı istəməyən xarici qüvvələrin bundan gələcəkdə ölkəmizə qarşı edəcəkləri təzyiq kimi dəyərləndirib.

Məruzə ətrafında AKP MK sədrinin müavini F. Rəşidov, AKP Gəncə ŞK birinci katibi Ə. Veysov, ASZİ MK sədri A. Şiriyev, AKP Lənkəran RK birinci katibi N. Bağırov, AKP Sumqayıt ŞK birinci katibi  S. Hüseynov, AKP  Goranboy RK birinci katibi T. Əsədov,  AKP Ağdam RK birinci katibi A. Quliyev,  AKP Nizami RK birinci katibi N. Abbasov, AKP Suraxanı RK birinci katibi  Ə. Cabbarov, AKP Muğan zonası üzrə baş koordinatoru, AKP Sabirabad RK birinci katibi N. Ağayev, AKP Beyləqan RK birinci katibi İ. Məhərrəmov, AKP MK üzvləri L. Teymurova, Q. Əhmədov  və digər yoldaşlar çıxış ediblər.

 

AKP MK plenumu  növbədənkənar prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib və seçkinin gedişini izləmək üçün MSK, dairə və məntəqə seçki komissiyalarında AKP tərəfindən  müşahidəçi qismində iştirak edəcək yoldaşların siyahısını təsdiq edib.

 

Plenumda həmçinin  Azərbaycan kommunistlərinin prezidentliyə namizədlərdən hansına dəstək olacağı məsələsi geniş müzakirə olunub.  AKP MK sədri Rauf Qurbanov prezidentliyə namizədlərin hər biri haqqında plenum iştirakçılarına  ətraflı məlumat verib. Plenum üzvləri Respublika üçün talehyüklü bir məsələni geniş müzakirə və təhlil edib, Azərbaycanda əmin-amanlığa, sabitliyə dəstəklərini bildirərək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin namizədliyinə dəstək olmaq barədə qərar qəbul ediblər. Plenumda AKP MK rəhbər işçiləri ilə yanaşı, partiya fəalları və komsomolçu gənclər də iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir