Modern.az

ABŞ kinoakademiyası “Oskar”ları payladı - SİYAHI

ABŞ kinoakademiyası “Oskar”ları payladı - SİYAHI

Mədəni̇yyət

5 Mart 2018, 11:47

Meksikalı rejissor Gilyermo Del Toronun yeni filmi “Su şəkli” (“The shape of water”) 90-cı Oskar naminasiyasında ilin ən yaxşı filmi seçilib.

 

Film daha 3 nominasiyada “Oskar”a layiq görülüb. Bunlar ən yaxşı rejissor işi, ən yaxşı bədii rəhbər və orijinal saundtrek nominasiyalarıdır.

 

Filmin sujet xətti əlil bir qadının və amfibiya olan bir canavarın arasında cərəyan edən sevgi macərasından bəhs edir. Hadisələr 1960-cı illərdə baş verir. Amfibiya Amerika xüsusi xidmət orqanları tərəfindən amazon meşələrindan tutulmuş bir canavardır.

Film eyni zamanda 13 kateqoriyada təqdim olunduğuna görə də rəqibləri arasında lider sayılıb.

 

Qalib filmin adını əfsanəvi Boni və Klayd cütlüyünü oynayan aktyorlar Fey Danauey və Uorren Bitti səsləndirib. Keçən ilki tədbirdə onlar yalnış konverti açaraq “Ay işığı” filminin yerinə “Lala lend” musiqili bədii filmini elan ediblər.

 

Qeyd edək ki, əsas mükafat üçün eyni zamanda “Rədd ol” (“Get out”), “Xanım Börd” (“Lady Bird”), “Xəyali ip” (“The Fantom Thread”), “Qaranlıq zaman”(“Darkest hour”), “Eddinqlə sarhəddə üç reklam lövhəsi, Missuri” (“Three Billboards Outside Ebbing, Missouri”), “Məni öz adınla çağır”(“ Call Me by Your Name”),  “Dünkir” (“Dunkirk”) və “Vaşinqton Post” (“The Post”) filmləri də mübarizə aparırdı.

 

Əvəz ZEYNALOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır