Modern.az

Tağı Əhmədov: “Metrodakı problemlər daha mənlik deyil” - AÇIQLAMA  

Tağı Əhmədov: “Metrodakı problemlər daha mənlik deyil” - AÇIQLAMA   

Ölkə

5 Mart 2018, 11:54

Son bir neçə aydır ki, “Bakı Metropoliteni”nin işində axsamalar müşahidə edilir. Gah qatarların hərəkət qrafiki pozulur, gah qatar yolunda texniki nasazlıq baş verir. Xüsusilə səhər saatlarında baş verməkdə olan nasazlıqlar sərnişinlərin əsəblərini tarıma çəkib.

Sosial şəbəkələrdəki müzakirələrdə əksəriyyət problemlərin yaranmasına səbəb kimi metropoliten rəhbərliyində baş vermiş dəyişikliyi əsas gətirərək, qurumun keçmiş rəisi Tağı Əhmədovun atasına rəhmət də oxuyur.

Elə bu gün səhər saatlarında “Nərimanov” stansiyasında qeydə alınan texniki nasazlıq zamanı olduğu kimi...

Tağı Əhmədovun atasına rəhmət oxunmasının digər səbəbi də “Bakı Metropoliteni”n hazırki rəisi Zaur Hüseynovun mətbuata qapalı olmasıyla bağlıdır. Jurnalistlərdən gizlənən Zaur Hüseynovdan sonuncu dəfə hansı media nümayəndəsinin açıqlama aldığını heç kim xatırlamır. Tağı Əhmədov isə jurnalistlərlə kobud davransa da, tez-tez media qarşısına çıxır, suallara cavab verməkdən, problemlərə özünməxsus tərzdə aydınlıq gətirməkdən çəkinmirdi.

Modern.az
saytı son vaxtlar metropolitenin fəaliyyətində yaranmış problemlərlə bağlı 1998-2014-cü illərdə qurumun rəisi olmuş T.Əhmədova müraciət edib.

T.Əhmədov ona ünvanladığımız suallara cavab vermək istəməyib. O, “problemlər daha mənlik deyil. Problemlərə mən cavabdeh deyiləm” deyərək, şərh vermək istəməyib.

Qeyd edək ki, Tağı Əhmədov hazırda YAP-ın Yasamal rayon təşkilatının sədridir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi