Modern.az

Mehman Hüseynova bəraət istənildi

Mehman Hüseynova bəraət istənildi

Aktual

5 Mart 2018, 12:47

“Mehman Hüseynovun işi ilə bağlı verdiyimiz kassasiya şikayəti hakim İmran Hacıqayıbova tapşırılıb.

Bu barədə Modern.az-a vəkil Fuad Ağayev məlumat verib.

Qeyd edək ki, kassasiya şikayətində M.Hüseynov barəsində bəraət hökmünün çıxarılması istənilir.

Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilə apellyasiya şikayəti təmin edilməyib. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır