Modern.az

“Bəstəkarın nəşinin dəfn olunduğu qəbirdən çıxarılması dinə görə bəyənilən hadisə deyil”

“Bəstəkarın nəşinin dəfn olunduğu qəbirdən çıxarılması dinə görə bəyənilən hadisə deyil”

5 Mart 2018, 13:04

Tanınmış bəstəkar Tahir Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də vəfat edib. Martın 3-də isə mərhum bəstəkar Yasamal qəbristanlığnda ucqar bir yerdə dəfn edilib. Mərhumun ailəsi Tahir Əkbərə Yasamal qəbiristanlığında ayrılan həmin yerdən razı qalmayıb, onun məzarını dəyişdirərək, nəşini atasının yanında dəfn edib. 

Mədəniyyət və Turizm  Nazirliyindən Modern.az saytına verilən məlumata görə, bu məsələdə  nazirliyin heç bir məsuliyyəti yoxdur:

"Azərbaycan bəstəkarı Tahir Əkbərə vəfat etdikdən sonra vida və dəfnlə bağlı təşkilatı məsələlərə Mədəniyyət və Turizm tərəfindən dəstək göstərilib. Eyni zamanda, vida mərasimində nazir Əbülfəs Qarayev də iştirak edib. Lakin Nazirliyin müraciəti əsasında qəbir yerini Bakı Şəhər İcra Hakimiyyəti ayırıb”.


Bəs qəbrin dəfndən bir az sonra yenidən açılıb yerinin dəyişdirilməsinə İslam dini icazə verirmi?


Bununla bağlı İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov saytımıza açıqlama verib:


“Dini nöqteyi-nəzərdən bir müsəlman dünyasını dəyişən zaman onu dəfn etmək digər müsəlmanların borcu və haqqıdır. Müsəlmanlar onu dəfn etdikdən sonra ümumi olaraq zərurətlər meydana gəlməyincə, mərhumunn qəbirdən çıxarılması dinimizdə xoş qarşılanmır. Yəni ciddi zərurətlər və istisnalar  yaranarsa, mərhumun qəbirdən çıxarılıb bir başqa qəbrə qoyulmasına icazə verilir. Lakin əks halda,  İslam alimləri bu halı  bəyənilməyən hadisə kimi dəyərləndirir.

Müəyyən səbəb olmadan qəbri açmaq hətta səhabələrə görə haramdır. Burada istisnalar maddiyyatla əlaqəli şeylərdir. Məsələn, əgər qəbiristanlıqda dəfn yeri bir başqasının yeridirsə, ya da başqasının orada haqqı varsa, bu hallar istisna təşkil edir. O zaman qəbri qçıb mərhumu başqa yerə dəfn edə bilərlər”.


İlahiyyatçı həmçinin, bəstəkarın atasının məzarında dəfn olunması barədə deyilənlərə də münasibət bildirib. O qeyd edib ki, bir şəxsin eyni qəbirdə  basdırılması İslam dinində bəyənilmir:


“Burada da zərurət meydana çıxmayınca, şəxslərin ayrı-ayrı basdırılması tövsiyə olunub. Zərurətlər ailəyə, məkana görə dəyişir. Hər kəsdə fərqli səbəblər ola bilər. Əgər zərurətlər  varsa, başqa çarə yoxdursa, o zaman istisna olaraq bir qəbrdə iki nəfərin dəfn olunmasına icazə verilir. Mümkün  qədər basdırılan şəxslərin aralarına torpaq qoyularaq eyni qəbrdə basdırıla bilər. Əks hallarda isə düzgün deyil”.


Məsələ ilə bağlı Bakə Şəhər İcra Hakimiyyəti ilə əlaqə yaratsaq da, zənglərimizə cavab verən olmadı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir