Modern.az

Hökumət bankların fəaliyyəti ilə bağlı təkliflərə baxır

Hökumət bankların fəaliyyəti ilə bağlı təkliflərə baxır

5 Mart 2018, 15:36

Maliyyə  vasitəçiliyinin bərpası üçün iqtisadi və institusional tədbirləri əhatə edən kompleks həll yolları ilə bağlı təkliflərə baxılır.

Modern.az-ın məlumartına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, “Banklar haqqında” qanunun 24-cü maddəsinə müvafiq olaraq banklarda  faiz dərəcələrini müəyyənləşdirmək bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə daxildir.  Həmin qanunun 36.6-cı maddəsinə əsasən, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o xümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş  kreditin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəsdir.

Bununla belə, maliyyə  vasitəçiliyinin bərpası üçün iqtisadi və institusional tədbirləri əhatə edən kompleks həll yolları ilə bağlı təkliflərə baxılır.

Belə ki, ölkədə bank sektorunun maliyyə vəziyyətinin yaxşılaşdırılması, maliyyə bazarlarında inkişafın təmin edilməsi, inkişaf etmiş beynəlxalq təcrübəyə uyğun yeni çağrıların ölkənin maliyyə bazarlarına inteqrasiya edilməsi məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələrinin kompleks tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər