16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Cümhuriyyətin milli yadigarı-Bakı Dövlət Universiteti – 100 ilin astanasında  
Cümhuriyyətin milli yadigarı-Bakı Dövlət Universiteti – 100 ilin astanasında  
05.03.2018, 23:25

 

Modern.az BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti Könül Niftəliyevanın universitetin tarixi ilə bağlı yazısını təqdim edir:

 

 Xalqın, millətin tarixi yaddaşı deyilən bir anlayış var. Bu anlayış öz mahiyyətində hər bir xalqın həyatında tarixən baş vermis və özünün tale yüklü olması ilə yaddaşlara çökən hadisələri nəzərdə tutur. Belə hadisə və faktlar haçansa, hansı ictimai-ideoloji mühitin diqtəsi ilə unudulsa da, tarix onu yenidən yaşatmaq üçün öz missiyasını görməli olur. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürdü, imperiya siyasətinin qurbanı oldu, sovet ideologiyasının qadağaları altında sıxıldı, uzun müddət haqqında danışmağa qoymadılar. Amma Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq dövründə elə işlər gördü ki, nəinki tarixin, habelə millətin yaddaşına  çökdü. Belə müqəddəs faktlardan biri Azərbaycanda universitetin yaradılması hadisəsidir. M.Ə.Rəsulzadə Xalq Cümhuriyyəti Parlamentinin 21 avqust 1919-cu il tarixli iclasında universitetin açılması haqqında müxtəlif rəyləri şərh edir və göstərirdi ki, belə bir elm-tədris müəssisəsi üçün professor heyətinin əsası da hazırdır. Onun fikrincə, əlbəttə “yaxşı olardı ki, bu elm və mədəniyyət mənbəyi türkcə olaydı”.  M.Ə.Rəsulzadə göstərirdi ki, “bu universitet tezliklə mütləq türkcə olacaq. Ancaq indiki şəraitdə bütün maneələri dəf edib darülfünu açmaq lazımdır.” O, universitetin və orada tədrisin təşkili sahəsində Rusiya, Yaponiya, Türkiyə təcrübəsini misal gətirərək çətinliklərdən qorxmamağa çağırırdı. Bu çağırış və cumhuriyyətin fəallığı ilə ilk müstəqil dövlıtimizin milli universiteti yarandı.

İllər ötdü və xalqımız ağır məşəqqətlərdən keçib öz müstəqilliyini yenidən qazandı. Yenidən qazandı və Xalq Cümhuriyyətinin 70 il qadağan edilmiş üçrəngli bayrağını ilk dəfə Naxçıvanda Dövlət bayrağı kimi qaldıran Ümummilli liderimiz Heydər Əliyev bu müstəqil dövlətin bütün atributlarını, arxitektonikasını qurandan sonra dedi: ˝Müstəqilliyimiz dönməzdir, əbədidir˝. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu dövlətin həmin bayrağını ən böyük beynəlxalq təşkilatlarda, bu ölkənin sözünü dediyi mötəbər yığıncaqlarda söz kürsüsünün önünə çıxardı və fəaliyyətinin bütün istiqamətlərində qürur hissilə Xalq Cümhuriyyətinin qiymətini verdi. Həmin qiymətlər silsiləsində Prezidentimizin bu yaxınlarda dediyi bir fikri tarixi cümhuriyyəti yenidən elmi, ictimai, siyasi düşüncəyə qaytardı: ˝Biz bu il müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktik fəaliyyətində onları təmin edib. Bu günkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.˝ Dövlət başçımızın cümhuriyyətə bu qiymətini yüzlərlə fakt şərtləndirir. Və bu faktlar içərisində biri də mövcuddur ki, həmin fakt xalqın, millətin taleyində yarandığı gündən misilsiz rol oynamaqdadır. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin bütov bir millətə yadigarı olan Bakı Dövlət Universitetidir. Bu universitetin adı gələndə Ulu Öndərimizin sözlərini xatırlamalı oluruq: ˝Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir. O, yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən mərkəzə çevrilmişdir. Ölkəmizdə yaranan elmi-tədqiqat  institutlarının əksəriyyəti, elm ocaqlarının hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür. Bakı Dövlət Universiteti elm və təhsil məbədi olmaqla yanaşı, hər zaman Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında böyük xidmətlər göstərmiş bir məktəb rolunu oynamışdır˝.

 

Bakı Dövlət Universiteti əslində, elə bu məqsədlə yaradılmışdı. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti müstəqillik mücahidi M. Ə. Rəsulzadənin başçılığı ilə universiteti təsis edəndə bu xalqın, bu millətin sabahını nəzərdə tutmuşdu. Azərbaycanın XX əsr boyu keşməkeşli tarixi universitet missiyasının real gerçəkliyini yaddaşlara yazdı. ˝Azərbaycan dövlətçiliyinin etibarlı sosial dayağı olan Bakı Dövlət Universiteti˝ (akademik Abel Məhərrəmov) öz inkişafının müasir mərhələsində böyük uğurlara imza atmışdır.

 

Müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev bu müqəddəs məbədin müasir fəaliyyətini belə qiymətləndirir: ˝Bakı Dövlət Universiteti yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaradılması yolunda boynuna düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına yeni töhfələr verir˝. Prezident bu bir neçə sətirlik fikirlərində Bakı Dövlət Universitetinin fəaliyyətini ümumiləşdirmişdir. Həqiqətən, Bakı Dövlət Universiteti bu gün üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir.  Qeyd olunmalı ən vacibi isə odur ki, müasir universitet öz şərəfli tarixinin uğurlu davamı yönündə çalışır. Belə bir yol isə istiqamətini həmişə öz rəhbərliyindən, bu rəhbərliyin Vətənə, millətə, elmə, təhsilə, dünyaya inteqrasiya ideallarına bağlılığından alır.

          Universitetin ˝akt zalı˝ adlandırdığımız böyük salonunun girişində-geniş foyedə diqqəti çəkən bir lövhə var. Bu lövhə Bakı Dövlət Universitetinə yaranış tarixindən bu günədək rəhbərlik etmiş rektorların və universitetimizin fəxri doktoru dərəcəsini almış bir çox dövlət, elm və ictimai xadimin, habelə görkəmli xarici dövlət xadimlərinin şəkillərini əks etdirir. Lövhədə 24 rektorun şəkili var. Və həmin o 24 rektorun hər biri universitetimizə ləyaqətlə başçılıq etmiş, hətta bəziləri (T.A. Şahbazi, B.C.Həsənbəyov) 1930-cu illərin sovet repressiyasının qurbanları olmuşdur. Ancaq universitetimizin bəxti bir də onda gətirmişdir ki, ona rektorluq etmiş böyük elm, təhsil, mədəniyyət xadimlərinin hər biri xalqın, min-min universitet məzununun qəlbində əbədi yuva qurmuşdur. Bu gün bu böyük və müqəddəs məbədə rəhbərlik edən Abel Məhərrəmov sələflərinin ləyaqətli davamçısı kimi Bakı Dövlət Universitetini bütün istiqamətlərdən yüksək inkişaf səviyyəsinə çatdırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı universitetin yüksək inkişafını təmin edir. Prezidentin 2009-cu il 24 noyabr tarixli sərəncamına əsasən BDU-nun 90 illiyinin qeyd olunması mərasimində İlham Əliyev öz çıxışında bu böyük elm və təhsil müəssisənin inkişaf tariximizdəki yerini yüksək qiymətləndirdi və sanki universitetin portretini cızdı: “Bakı Dövlət Universitetinin çox gözəl və böyuk tarixi vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu, çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ümrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, o, zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq,  Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, elmi potensialın gücləndirilməsi üçün mox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün də bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin ənənləri, çox böyük potensialı, professor-müıllim heyətinin təcrübəsi, tələbələrin oxuması və təhsilə verdikləri önəm vardır”.

 

Başa düşürəm, bir qəzet məqaləsi üçün bu sitat böyük görünə bilər. Lakin o da var ki, Prezidentin çıxışındakı bu məqam Bakı Dövlət Universitetinin tarixi inkişaf  yolunu çox dəqiq ifadə edir. Və burada universitetin müasir inkişafı ilə bağlı fikirlər bir daha qürur doğurur.

 

İndi Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident sərəncamından irəli gələn vəzifələrin icrasına başlanıb. Universitet Elmi Şurası bu sərəncamla bağlı tədbirlər planı hazırlayıb və təsdiq edib. Xalqımızın qürur mənbəyi olan Universitetimizin  bu gün dünya universitetləri sistemində özünün layiqli yeri var. Bakı Dövlət Universiteti son 15 ildə dünyanın 100-dən çox adlı-sanlı universiteti ilə qarşılıqlı yaradıcılıq məqsədi daşıyan memorandum-niyyət protokolu imzalanmışdır. Bu qarşılıqlı münasibətlər sayəsində həmin universitetlərin təmsil olunduğu ölkələrin bir çoxunda BDU-nun diplomu tanınır. Xarici universitetlərlə bu münasibətlər elmin, təhsilin inkişafı ilə bərabər, ölkəmizin beynəlxalq aləmdə tanınması prosesinə də təkan verir.

 

Yuxarıda qeyd etdiyim kimi, Bakı Dövlət Universitetinin tarixi inkişafı həm də ona rəhbərlik etmiş və etməkdə olan rektorların xalq, dövlət, vətən qarşısında öhdəliklərinə necə əməl etməsindən çox asılıdır. BDU rektorlarının tarixən hamısının yüksək vətəndaşlıq ləyaqəti, elmi səviyyəsi olmuşdur. Ümumilli Liderimiz Heydər Əliyevin 11 yanvar 1999-cu il tarixli sərəncamı ilə Bakı Dövlər Universitetinə rektor təyin edilmiş Abel Məhərrəmovun böyük təşkilatçılıq qabiliyyəti, elmi nüfuzu sayəsində universitetimizin beynəlxalq səviyyədə qəbul olunması prosesi özünün yüksək zirvəsinə çatmışdır. A.Məhərrəmov AMEA-nın və Rusiya Elmlər Akademiyasının həqiqi üzvüdür. Ayrıca qeyd edək ki, Azərbaycan elmi mühitində A.Məhərrəmov Rusiya Elmlər Akademiyasının yeganə həqiqi üzvüdür.

 

Abel müəllim Əməkdar Elm xadimidir. Prezidentimiz İlham Əliyevin sərəncamı ilə ˝Şöhrət˝ordeni ilə təltib edilib. O, bir sıra beynəlxalq qurumların rəhbəri və üzvü kimi də böyük nüfuza malikdir. Bütün bunlar təkcə rektorun şəxsi uğurları kimi deyil, həm də Azərbaycanın elmi potensialının gücünü beynəlxalq müstəviyə çıxaran faktlardır.

 

İndi ötən hər gün Bakı Dövlət Universitetinin yüz illik yubileyini bizə yaxınlaşdırır. Bu gün təkcə bu möhtəşəm universitetin 22 minlik kollektivi deyil, bütün Azərbaycan xalqı, Vətənə, millətə bağlı, elmə, təhsilə, inkişafımıza bağlı hər kəs öz əməli və düşüncələri ilə bu yubileyə hazırlaşır. Şərqdə ilk demokratik dövlət kimi tarixdə öz izini qoyub getmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli yadigarı olan Bakı Dövlət Universitetinin 100 illik  yubileyinin xalqımız, dövlətimiz tərəfindən ləyaqətlə qarşılanacağı faktı hər gün özünü göstərməkdədir.

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib
16.10.2018, 01:00

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib

İŞİD 700 dinc sakini girov götürüb
16.10.2018, 00:37

İŞİD 700 dinc sakini girov götürüb

Prezident jurnalistin qətlindən danışdı
16.10.2018, 00:27

Prezident jurnalistin qətlindən danışdı

Bu ölkə Avroviziyadan imtina etdi
16.10.2018, 00:09

Bu ölkə Avroviziyadan imtina etdi

Bu vulkan kül püskürməyə başlayıb
15.10.2018, 23:51

Bu vulkan kül püskürməyə başlayıb

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər
15.10.2018, 23:42

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir
15.10.2018, 23:27

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir

Azərbaycan nefti ucuzlaşıb
15.10.2018, 23:09

Azərbaycan nefti ucuzlaşıb

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu
15.10.2018, 22:53

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
15.10.2018, 22:40

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Meyvezer Həbibin çağırışına cavab verdi
15.10.2018, 22:23

Meyvezer Həbibin çağırışına cavab verdi

Sürüşmə zonasında gərginlik qalmaqdadır
15.10.2018, 22:12

Sürüşmə zonasında gərginlik qalmaqdadır

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb
15.10.2018, 21:59

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb

“Ermənistanın sülhə nəcə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov
15.10.2018, 21:46

“Ermənistanın sülhə nəcə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı
15.10.2018, 21:31

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı

Əsgərləri daşıyan mikroavtobus aşıb
15.10.2018, 21:19

Əsgərləri daşıyan mikroavtobus aşıb

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR
15.10.2018, 21:05

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək
15.10.2018, 20:53

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək
15.10.2018, 20:41

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı
15.10.2018, 20:27

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib
15.10.2018, 20:13

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır
15.10.2018, 20:01

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı
15.10.2018, 19:40

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
15.10.2018, 19:21

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi
15.10.2018, 19:10

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü
15.10.2018, 18:58

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında   
15.10.2018, 18:50

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında  

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 
15.10.2018, 18:45

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu
15.10.2018, 18:42

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu

Astara üçün 10 milyon manat ayrıldı
15.10.2018, 18:35

Astara üçün 10 milyon manat ayrıldı

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi
15.10.2018, 18:34

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi

Prezident Lerikdə bina tikintisinə pul ayırdı
15.10.2018, 18:29

Prezident Lerikdə bina tikintisinə pul ayırdı

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM
15.10.2018, 18:28

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü
15.10.2018, 18:26

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü

Ağcabədidə piyada ölümü
15.10.2018, 18:17

Ağcabədidə piyada ölümü

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı
15.10.2018, 18:14

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı

73 dövlət əmlakı özəlləşdirilir 
15.10.2018, 18:09

73 dövlət əmlakı özəlləşdirilir 

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı
15.10.2018, 18:08

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı

İlham Əliyev Lerikdə yol açılışında
15.10.2018, 18:03

İlham Əliyev Lerikdə yol açılışında

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq   
15.10.2018, 18:02

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq  

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar
15.10.2018, 17:59

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi
15.10.2018, 17:56

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı
15.10.2018, 17:55

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO
15.10.2018, 17:49

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO

Lerikdə elektrik stansiyasının açılışı oldu
15.10.2018, 17:48

Lerikdə elektrik stansiyasının açılışı oldu

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
15.10.2018, 17:44

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı
15.10.2018, 17:32

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?
15.10.2018, 17:29

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə   
15.10.2018, 17:23

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə  

Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib - FOTO
15.10.2018, 17:16

Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib - FOTO

ARXİV